⚠️ 🏃♂️ Sentyabrın 5-də keçiriləcək IRONMAN 70.3 yarışı ilə əlaqədar Bakıda 13 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
🚌 Dəyişiklik 5, 6, 53, 72, 88, 120A, 125, 149, 149E, 164, 195, 205 və E1 nömrəli marşrutlara aiddir.
📍 72, 120A, 125, 149, 149E, 205 və E1 nömrəli marşrutlar “Azneft dairəsi” istiqamətində alternativ yollarla hərəkət edəcək.
🚏 Həmçinin 5, 6, 53 və 88 nömrəli marşrutlar Dənizkənarı küçəsində Su İdmanı Sarayı, Bakı Kristal Zalı və Dövlət Bayrağı Meydanı qarşısındakı dayanacaqlara daxil olmayacaq.
⏳ Dəyişikliklər yarışla əlaqədar tətbiq ediləcək.
426
3
0
Milli.Az
7 Eyl 2026 07:51
🇦🇿İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
365
0
0
Milli.Az
7 Eyl 2026 07:51
📷 Photo
📲REDMI Note 17 Series: uzunömürlülükdə yeni standart
Yeni REDMI Note 17 Series Built for Years fəlsəfəsi əsasında yaradılıb. Müasir silikon-karbon batareya, düşmələrə, suya və toza qarşı gücləndirilmiş qorunma, eləcə də stabil istifadə təcrübəsi smartfonun imkanlarını daha uzun müddət qorumasına kömək edir.
Müəyyən modellərdə batareya 1 600 şarj dövründən sonra tutumunun 80%-dən çoxunu qorumaq üçün nəzərdə tutulub. REDMI Note 17 Pro Max 5G isə 10 000 mAh batareya ilə təchiz olunub və 3 metrədək hündürlükdən düşməyə davamlılıq üzrə sertifikatlaşdırılıb.
REDMI Note 17 Series-in Azərbaycanda satışları 11 sentyabrda başlayacaq. Yeni modellər Kontakt, İrşad, Baku Electronics və Soliton mağazalarında, eləcə də onların onlayn platformalarında satışda olacaq.
432
Milli.Az
7 Eyl 2026 07:51
🚇 Bakıda yeni metro stansiyası “20 Sentyabr” adlandırılıb
🔹 Nazirlər Kabinetinin qərarı ilə Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində yerləşən yeni metro stansiyasına “20 Sentyabr” adı verilib.
🇦🇿 Ad 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması ilə əlaqədar seçilib.
415
0
0
Milli.Az
7 Eyl 2026 07:51
⚡️Formula 1-ə görə Bakıda onlayn dərsə keçən məktəblər:
🔹 132–134 nömrəli Təhsil Kompleksi
🔹 6 nömrəli məktəb-lisey
🔹 7 və 8 nömrəli məktəblər
🔹 160 nömrəli Klassik Gimnaziya
🔹 Elitar Gimnaziya
🔹 189–190 nömrəli məktəb
🔹 2 və 147 nömrəli texniki-humanitar liseylər
🔹 27 nömrəli məktəb
🔹 1 nömrəli məktəb
Qeyd: Siyahı əvvəlki Formula 1 yarışları zamanı onlayn tədrisə keçirilən məktəblər əsasında hazırlanıb.
394
1
0
Milli.Az
7 Eyl 2026 07:51
Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq
384
0
0
Milli.Az
7 Eyl 2026 07:51
🌦 Sabah bəzi ərazilərdə yağış yağacaq
🔹 Sentyabrın 5-də Bakıda və Abşeronda hava əsasən yağmursuz olacaq. Gündüz bəzi yerlərdə qısamüddətli yağış ehtimalı var. Temperatur 28–32 dərəcə isti olacaq.
⛈ Rayonlarda hava əsasən yağmursuz keçsə də, bəzi dağlıq ərazilərdə leysan, şimşək və dolu gözlənilir. Temperatur 30–35 dərəcəyədək yüksələcək.
369
0
0
Milli.Az
7 Eyl 2026 07:51
2 təqsirləndirilən şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
● Nahid Əlicanlı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınmasına görə axtarışa verilib
● Renad Orucov xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində axtarış elan edilib
● Hər iki şəxs Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətiriliblər.
363
0
0
Milli.Az
7 Eyl 2026 07:51
🎥 Video
Bakıda qadının öldüyü dəhşətli qəzanın görüntüləri yayılıb.
374
3
0
Milli.Az
7 Eyl 2026 07:51
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR❗️❗️❗️❗️
Bu gün saat 20:00-dan etibarən Bakının Binəqədi rayonunda təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar Moskva prospektinin kənar yolu, Biləcəri enişi hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.
Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
383
0
0
Milli.Az
23 Ağu 2026 01:16
📷 Photo
“Azərbaycanın Cənuni Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib.
306
1
Milli.Az
23 Ağu 2026 01:16
📷 Photo
Azərbaycanın Özbəkistanla əməkdaşlığı, xüsusən də nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyəti böyük perspektivlər vəd edir Bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib.
270
2
Milli.Az
23 Ağu 2026 01:16
📷 Photo
Seyran Hüseynova general-mayor rütbəsi verildi
Dövlət Mühafizə Xidmətinin polkovniki Hüseynov Seyran Tofiq oğlunun rütbəsi artırılıb.
http://Milli.az/ “Unikal”a istinadən xəbər verir ki, Seyran Hüseynova general-mayor ali hərbi rütbəsi verilib.
Məlumat üçün bildirək ki, 23 avqust Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramıdır.
Qeyd edək ki, S. Hüseynov 2024-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
291
1
Milli.Az
23 Ağu 2026 01:16
📷 Photo
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib.
272
1
Milli.Az
23 Ağu 2026 01:16
❗️KMBİ: Saxta kredit səhifələri yaradan şəxs saxlanıldı
▪️DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bank olmayan kredit təşkilatlarının saxta səhifələrini yaradan Elcan Cəfərovu saxlayıb.
▪️O, vətəndaşlardan kart nömrəsi, CVV və OTP kodlarını əldə edərək vəsaitləri başqa hesablara köçürüb.
▪️Faktla bağlı cinayət işi başlanılıb, E. Cəfərov həbs edilib.
248
1
0
Milli.Az
23 Ağu 2026 01:16
⚡Prezidentinin Fərmanları ilə:
● Azərbaycan hökuməti ilə Türkmənistan hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş təsdiqlənib
● Azərbaycan hökuməti ilə Türkmənistan hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib
● Azərbaycan hökuməti ilə Türkmənistan hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib
● Azərbaycanın Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol təsdiqlənib
267
1
0
Milli.Az
23 Ağu 2026 01:16
📷 Photo
Azərbaycanın Özbəkistanla əməkdaşlığı, xüsusən də nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyəti böyük perspektivlər vəd edir
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib.
258
3
Milli.Az
23 Ağu 2026 01:16
📷 Photo
Azərbaycanda ilk dəfə: Avropa Azərbaycan Məktəbi məzununa Stanford Universitetində təhsil üçün 100% təqaüd dəstəyi verir
Ətraflı : https://news.milli.az/country/1341073.html
270
0
Milli.Az
23 Ağu 2026 01:16
📷 Photo
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır.
Milli. Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində söyləyib.
264
5
Milli.Az
23 Ağu 2026 01:16
📷 Photo
“Azərbaycan ilə Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdikləri təşəbbüslər bu böyük mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyətə malikdir”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın UZA agentliyinə müsahibəsində deyib.
262
3
Milli.Az
19 May 2026 16:08
📷 Photo
🥀 Birinci Qarabağ müharibəsinin itkin-şəhidi dəfn olunacaq.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, Rəşadət Əli oğlu Piriyevin qalıqları Bərdə rayonu, Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.
350
3
Milli.Az
19 May 2026 16:08
📷 Photo
🇦🇿 Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 18-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.
373
0
Milli.Az
19 May 2026 16:08
🇦🇿Prezident İlham Əliyev WUF13-ün açılış mərasimində qonaqları qəbul edir
375
2
0
Milli.Az
19 May 2026 16:08
İlham Əliyev: WUF13-dən COP29-da olduğu kimi uğurlu nəticələr gözləyirik
377
1
0
Milli.Az
19 May 2026 16:08
⚡️Bakıda WUF13-ün ikinci günü işinə başlayıb.
Bu gün WUF tarixində ilk dəfə Liderlər Sammiti baş tutacaq.
361
0
0
Milli.Az
19 May 2026 16:08
🎥 Video
📹 Hikmət Hacıyev: WUF13 indiyədək təşkil olunan forumlar arasında ən böyüyüdür
350
0
0
Milli.Az
19 May 2026 16:08
📷 Photo
Azərbaycan televiziya məkanının ən çox müzakirə olunan realiti layihələrindən biri olan "Maşın" yenidən tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.
334
0
Milli.Az
19 May 2026 16:08
🎥 Video
WUF13 çərçivəsində təşkil olunan "Urban Expo"-da robot şou
327
0
0
Milli.Az
19 May 2026 16:08
⚡️Bakıda və Abşeron yarımadasında yağışlı hava şəraitinin iki gün davam edəcəyi gözlənilir.
438
0
0
Milli.Az
19 May 2026 16:08
⚡️WUF13-də iştirak etmək üçün müxtəlif ölkələrdən Azərbaycana rəsmi səfərlər başlayıb:
● Albaniya Respublikası Baş nazirinin müavini Albana Koçiu
● Esvatini Krallığının Kralı Əlahəzrət III Msvati
● Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) baş katibi Kayrat Sarıbay
● Türkmənistan Prezidenti yanında Arkadağ şəhərinin Tikinti və Dövlət Komitəsinin sədri Deryageldi Orazov
● Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto