💫 İnsanla "danışmaq" yox — onu duymaq
Həyatın ən vacib suallarından biri budur:
İnsanlarla necə ünsiyyətdə olaq?
Dostla, ailə üzvü ilə, həmkarla, müəllimlə, tələbə ilə...
Bu, sadəcə sosial bacarıq deyil — mənəvi bir məsələdir.
Bəzən düşünürük ki, əsas olan bizim istədiyimiz və bizə rahat olandır.
Amma əsl ünsiyyət — bu deyil.
Əgər söhbət ruhdan, mənadan, əxlaqdan gedirsə, əsas məsələ qarşındakı insanı hiss etməkdir.
🌸 1. Hekayə — Dinlənilmək ehtiyacı
Dünyaca məşhur bir media mütəxəssis danışırdı:
30 il əvvəl ailəsində daim eyni vəziyyət yaşanırdı.
O, işdən evə qayıdırdı — işdəki problemlərini danışırdı:
“Məni anlamırlar, qiymətləndirmirlər…”
Həyat yoldaşı isə ilə dinləyir,
məsləhətlər verir, çıxış yolları axtarırdı.
Bir dəfə demişdi:
“Gəl, bəlkə, bossunla futbol oyununa baxasan, münasibət düzələr.”
O isə hər dəfə əsəbiləşirdi.
Nə özü, nə yoldaşı başa düşmürdü — niyə?
İllər sonra o, bunu belə izah etdi:
“Mən kömək istəmirdim. Mən sadəcə dinlənilmək, anlaşılmaq istəyirdim.
Mənə həll yox, halımı hiss edən bir baxış lazım idi.”
Bəzən insanın ehtiyacı söz deyil — sadəcə bir “səni anlayıram” cümləsidir.
🌿 2. Hekayə — Empatiyanın gücü
Tanınmış bir cərrah danışırdı:
Pasiyentlər əməliyyat üçün gəlirdilər,
amma o, tibbi baxımdan əməliyyata ehtiyac olmadığını deyirdi.
İnsanlar narazı qalırdılar:
“Biz bura əməliyyat üçün gəlmişik,
sən isə bizi həyat dərsi keçirirsən!”
Cərrah sonra anladı:
əvvəlcə gələn insanın niyyətini və halını hiss etmək lazımdır.
Bir gün söhbətə belə başladı:
— Siz əməliyyat istəyirsiniz?
— Bəli.
— Bu sizi narahat edir?
— Bəli, çox.
— Nədən qorxursunuz daha çox?
O anda söhbət bədəndən ruha keçdi.
Cərrah xəstənin qorxusunu hiss etdi,
və sonra dedi:
“İstəyirsiniz, birgə baxaq,
doğrudanmı əməliyyat bu mərhələdə lazımdır?”
Bu dəfə pasiyent eşitmək istəyirdi,
çünki artıq eşidilmişdi.
💫 Dərs
İnsan ünsiyyətə həll üçün yox, anlayış üçün gəlir.
Əgər söhbət mənəviyyat müstəvisindədirsə - biz orada xidmətçi və yaradıcı olmalıyıq.
Kimsə mənəvi qucaq istəyirsə — anlayışla ruhən qucaqla.
Kimsə məsləhət istəyirsə — kömək et.
Kimsə özünü ifadə etmək istəyirsə — ona dəyər ver, dinlə.
📖 Qurani-Kərim buyurur:
«قُولُوا لِلنَّاسِ حُسْنًا»
“İnsanlarla xoş dillə danışın.”
(Bəqərə, 83)
Danışmaq yalnız ağızdan deyil — qəlbdən çıxanda təsir edir.
O zaman insanın qəlbinə toxunur.
🌙 Əgər biz bunu Allaha görə etsək,
Onun razılığı üçün dinləyiriksə,
bu ünsiyyət artıq ibadətə çevrilir.
Bu, ixlasın və bəndəliyin ən gözəl formasıdır.
🤲 “İlahi, bizə bu anlayışı, bu xidmətin səadətini nəsib et.”
Hacı İlqar İbrahimoglu
12.11.2025
╭──➤
╰─────────────────────