[💧🪔]
#Vəsvəsə
Təkrar-təkrar yumaq (su tökmək) səni yorub, hövsələdən çıxarıb və əsəblərini korlayıb? ⁉️
Təsəvvür et, digər normal insanlar kimi zehninin rahat olması və sadə bir yuma ilə arxayınlaşmaq nə qədər asandır.
✅ Nicat yolun budur:
Şəriət baxımından vəsvəsəli adamın yəqini (əminliyi) batildir ❌. Belə bir şəxs öz zehnindəki vəsvəsələrə heç bir əhəmiyyət verməməlidir. Mütləq baxmalıdır ki, digər normal insanlar bu vəziyyətdə nə edirlər, o da onlar kimi rəftar etməlidir.
💡 Qeyd:
Vəsvəsəni kökündən müalicə etmək üçün mütəxəssis psixoloq və şəriət məsləhətçilərinə müraciət edin.
Aşağıda 9 mühüm məqamı qeyd edirik:
🔻 1. Öz fikrini meyar təyin etmə:
Vəsvəsənin əsas səbəblərindən biri budur ki, insan hər şeyə yalnız öz gözü 👀 və zehni 🧠 ilə baxır, müalicəçinin və ya ətrafındakıların sözünə qulaq asmır. Bax, vəsvəsə ilə mübarizə apararkən, o narahat edici fikirlərə və vəsvəsələrə əsla əhəmiyyət verməməlisən. Hətta öz zehnində yüz faiz "əmin (yəqin)" olsan belə, öz yəqinindən şübhə etməlisən ❗️ Sadəcə bax gör normal insanlar necə davranır, sən də eynilə o cür et.
🔻 2. Stresi cilovla:
Vəsvəsənin kökü stres və həyəcandan gəlir. Ona görə də hər şeydən əvvəl aramlığını qorumağa çalışmalı və səni rahatladan, stresini azaldan işlərə yönəlməlisən.
🔻 3. Hökmləri sadə şəkildə öyrən:
Çox vaxt vəsvəsə sadəcə hökmləri dəqiq və ya düzgün başa düşməməkdən qaynaqlanır. Məsələləri sadə və doğru öyrənsən, ürəyin rahat olar və özünə boş yerə çətinlik yaratmazsan.
🔻 4. Biganə qal (əhəmiyyət vermə):
Vəsvəsə ilə mübarizənin ən yaxşı yollarından biri "əhəmiyyət verməmək" və o fikirlərə cavab verməməkdir. Hər vaxt bir şeyin nəcis olub-olmadığına şübhə etsən, özündən soruş: "Bunun həqiqətən nəcis olmasına and içə bilərəmmi? ⁉️" Əgər and içə bilmirsənsə, deməli, əsla yuma və əhəmiyyət vermə! Bu qızıl qaydanı həmişə qulağında sırğa elə: bir şeyin nəcis olmasına yüz faiz əmin olmayınca, o şey tamamilə pakdır. Zehnindəki şübhə və ehtimallara əsla ilişib qalma.
🔻 5. Vəsvəsənlə inadlaş:
Digər effektli üsul isə vəsvəsə ilə inadlaşmaq, yəni onunla üzbəüz gəlməkdir. Yəni nəcisdən qaçmaq əvəzinə, məsələn, qəsdən əlini bir az qanla nəcis et və qoy bir müddət elə qalsın. Bu müddət ərzində tam rahat olmağa çalış və heç vecinə də olmasın, bir müddət sonra gedib yuyarsan.
🔻 6. Narahat edici fikirləri idarə et:
Səni həqiqətən incidən şey xarici aləm deyil, beynindəki fikirlərdir. Ona görə də onlara əhəmiyyət verməməyə çalışdıqdan sonra, fikri idarəetmə texnikalarını da öyrən ki, zehnin tamamilə sakitləşsin.
🔻 7. Özünə zaman tanı:
Yadda saxla ki, bu vəsvəsə halı sənə bir gecədə gəlməyib ki, bir gecədə də getsin. Zamanla yaranıb və səbirlə, tədricən bu vərdişi tərk edə bilərsən. Tələsmə.
🔻 8. Uğurlarını qeyd et:
Bu yolda atdığın hər kiçik addımı və əldə etdiyin hər irəliləyişi bir yerə yaz. Onları oxuyanda nə qədər irəli getdiyini görüb motivasiya olacaqsan.
🔻 9. Özünə qarşı mehriban ol:
Əhval-ruhiyyəni yüksək saxlamağa çalış, özünə müsbət enerji ver və əylən. Özünü qınamağı və danlamağı tamamilə qadağan et; sən səy göstərirsən və bu özü çox dəyərlidir ❗️
http://T.me/gundelik_ehkamlar