🗒️ YADDA SAXLA_ ⤵️
✅ Bəzi sözlər var ki, mənsubiyyət şəkilçilərini qəbul etdikdə y bitişdirici samitindən istifadə olunur:🔅Mənafe, mövqe, mənşə, mənbə, tale, su nə.
✅ Həm mənsubiyyət, həmdə hal şəkilçisi qəbul etdikdə son saitini itirən sözlər: 🔅Sinif, fəsil, fikir, şəkil, cisim, şeir, nəsil, sətir, isim, ömür, zehin, ətir, qəbir, qədir, izin və s.
✅ Yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdə son saiti düşən sözlər: 🔅Beyin, ağıl, alın, burun, ağız, çiyin, boyun, qoyun(qucaq mənasında), qarın, ovuc, oğul, qayın, könül
✅ Nağıl,taxıl,müdir,üfüq sözləri şəkilçi qəbul etdikdə ikinci hecadakı qapalı sait heç zaman düşmür.
✅ Mənim,bizim sözündəki -ım⁴ şəkilçi yiyəlik hal şəkilçisidir.