Henüz yorum yok. Deneyiminizi ilk paylaşan siz olun!
Son Yazılar
TNS TV XƏBƏR KANALI
6 Nis 2026 21:56
🇦🇿Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfərinə gedib.
Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.
#İlhamƏliyev #MehribanƏliyeva #tns@tnstv
46
0
0
TNS TV XƏBƏR KANALI
6 Nis 2026 21:56
📷 Photo
Bir neçə yolda yağış suları xüsusi nasoslar vasitəsilə kənarlaşdırılıb
Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında yağış xəttinə nasos aqreqat quraşdırılmaqla yağıntı nəticəsində yığılmış su kənarlaşdırılıb.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Qurumun məlumatına görə, Bakı-Ələt-Qazax magistral yolunun 16-cı kilometrliyində də yığılan yağış suları xüsusi nasoslar vasitəsilə kənarlaşdırılıb.
#tns@tnstv #sonxeberler #xeber
90
0
TNS TV XƏBƏR KANALI
6 Nis 2026 21:56
⚡ Bu gün günorta saatlarında Qusar rayonu Gündüzqala kənd ərazisindən keçən Quru çaya sel gəlib.
Kənd sakini, 29 yaşlı Farik Fərid oğlu Rəsulovu sel aparıb. Məlumata görə, həmin şəxsin meyiti tapılıb və aidiyyatı üzrə təhvil verilib.
#tns@tnstv #sonxeberler #xeber
81
0
0
TNS TV XƏBƏR KANALI
6 Nis 2026 21:56
📷 Photo
🇺🇸 Tramp İrana qoyduğu vaxtın nə vaxt bitəcəyini açıqlayıb: "Çərşənbə axşamı, şərq vaxtı ilə 20:00".
51
0
TNS TV XƏBƏR KANALI
6 Nis 2026 21:56
🎥 Video
Xalq artisti, tanınmış dirijor Yalçın Adıgözəlov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Bu barədə açıqlama verən Xalq artisti qeyd edib ki, o, teatrdan öz istəyi ilə ayrılıb:
“Opera və Balet Teatrında mənə qarşı hörmətsizlik oldu və mən artıq iki ildir ki, teatrdan uzaqlaşmışam. 2024-cü ildə teatrdan, orada yaranan qəbuledilməz şəraitə görə ayrılmaq məcburiyyətində qaldım”.
Qeyd edək ki, Xalq artisti, opera müğənnisi Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı işindən çıxarıması ilə bağlı paylaşım edib. Sənətçi paylaşımında bildirib ki, ondan başqa Xalq artisti Yalçın Adıgözəlov da işdən çıxarılıb.
60
0
TNS TV XƏBƏR KANALI
6 Nis 2026 21:56
🎥 Video
Bu qələbə Azərbaycan üçün təhlükəyə çevrilə bilər
79
0
0
TNS TV XƏBƏR KANALI
6 Nis 2026 21:56
🎥 Video
İsrail kəşfiyyatı Trampı necə aldadıb?
82
0
0
TNS TV XƏBƏR KANALI
6 Nis 2026 21:56
🎥 Video
Sumqayıt şəhərində yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, şəhər ərazisində ehsan məclislərinin çay süfrəsi ilə təşkil olunması ilə bağlı qərar qəbul olunub.
Qeyd edək ki, daha öncə Azərbaycanın bir çox rayonlarında da yas məclislərində ehsan verilməsi yığışdırılıb.
54
0
TNS TV XƏBƏR KANALI
6 Nis 2026 21:56
🎥 Video
Sabahdan başlayır... ƏHALİYƏ ÇAĞIRIŞ!
57
0
0
TNS TV XƏBƏR KANALI
6 Nis 2026 21:56
📷 Photo
🇹🇷🇺🇦Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşlər keçirmək üçün İstanbula gəlib.
Bu barədə Zelenskinin sözçüsü məlumat verib.