Sənədləşmə üzrə İnsan Resirsları üzrə mütəxəssisi tələb olunur
İşəgötürən: “Pizza Mizza” MMC
Vəzifə öhdəlikləri:
Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əmirlərin qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
ƏMAS və ERP sistemində dəyişikliklərin olunması (vəzifə, əmək haqqı, iş yeri, qrafik);
Kadrların şəxsi işlərinin formalaşdırılması və mütəmadi yenilənməsi, məlumat uçotunun aparılması və bu məlumatlara uyğun qanunvericiliyin tələblərinin yerinə yetirılməsi;
Növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak və məzuniyyətin tərtib edilmiş qrafikə uyğun istifadə edilməsinə nəzarət edilməsi;
Kadr sənədlərinin arxivləşdirilməsi və elektron bazada saxlanılması;
Arayışlar, xəstəlik vərəqələri və çıxarışların hazırlanması və qeydiyyatın aparılması;
Əmək müqaviləsinə xitam verilməsi üçün müraciət edən işçilərin qəbulu,
Şöbələrlə sıx əlaqədə olmaq, problemlərin həllində yaxından iştirak etmək;
Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi;
Tələblər:
Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;
Əmək qanunvericiliyi və kadr sənədləşməsi üzrə normativ aktlar üzrə biliklər;
Elektron hökumət portalı, ƏMAS, e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı;
1 C,Microsoft Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmə bacarığı;
Yüksək təşkilatçılıq, diqqətlilik və analitik düşünmə bacarığı;
Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, rus və ingilis dillərini bilmək üstünlük sayılır.
İş şəraiti:
İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
İş yeri : Babək plaza
İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
Əməkhaqqı: 800 azn
Maraqlananlar CV-lərini “İnsan resursları üzrə mütəxəssis ( Sənədləşmə üzrə) ” başlığı altında
[email protected] elektron ünvanına göndərə bilərlər.
Pizza Mizza'nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.