Trampın İrana qarşı müharibədən dəfələrlə geri çəkilməsi İran və ABŞ arasında güc balansının göstəricisidir
Vaşinqton rəsmilərinin son ritorikası fonunda, terrorçu ABŞ hökumətinin başçısı Donald Tramp yeni bəyanatında beşinci dəfə öz hədələyici mövqelərindən açıq şəkildə geri çəkilərək, ölkəsinin İran İslam Respublikasına qarşı hərbi variantı irəli sürməkdə aciz olduğunu etiraf edib və Tehranla razılığa gəlməyə üstünlük verdiyini bildirib.
Qərb mediası bu geri çəkilmələrin sayının daha çox olduğunu qeyd edib və Trampın ləğv etdiyi ultimatumların sayının 6 olduğunu diqqətə çatdırıb.
Əvvəlki dövrlərdən fərqli olaraq, hansı ki, onlarda Tramp müharibə gözlənilən konkret səhnələrdən qaçırdı, bu dəfə vaxt məhdudiyyəti olan bir təhdid belə irəli sürülməmişdi ki, Tramp ondan geri çəkilsin.
Hər kəs bilir ki, ABŞ zorabalığa, quldurluğa və təhdidə vərdiş edib, lakin bu dəfə indiyədək qarşılaşmadığı bir reallıqla üz-üzədir. Və bu, İranın gücüdür. İran Silahlı Qüvvələrinin Trampın təhdidlərinə cavab olaraq verdiyi xəbərdarlıqlar tamamilə etibarlı və realdır və ABŞ buna məhəl qoymaya bilməz.
Hazırda ABŞ-ın qarşısında üç riskli yol və seçim var ki, bunlar da Trampın qərar verməkdə tərəddüd etməsinə səbəb olub; müharibədən geri çəkilmək və qaçmaq, İranın məntiqli şərtlərini qəbul etməkdən yayınmaq, üçüncüdü isə gözləmə vəziyyətindən qaçmaq.
Şübhəsiz ki, yuxarıda qeyd olunan variantların hər biri ABŞ-ın maraqlarını təmin etsəydi, mütləq seçilərdi. Bu o deməkdir ki, hər bir variant ABŞ üçün ciddi risklər daşıyır və onlar barədə qərar vermək çox çətindir.
Eyni zamanda qeyd etmək lazımdır ki, Hörmüz boğazı və nüvə məsələsi supergüc meyarlarında iki müəyyənedici amildir. Hörmüz boğazı müharibə nəticəsində İranın gücünün artmasının, nüvə məsələsi isə müharibəyə baxmayaraq İranın gücünü qoruyub saxlamasının simvoludur
Əgər müharibə Hörmüz boğazı təslim edilmədən başa çatsa, hətta İranın nüvə məsələsi ilə bağlı danışıqları belə müharibədə qalib gəlmiş tərəfin mövqeyindən olacaq.
Bunun gizli mənası odur ki, İran müharibə yolu ilə şantaj edilə bilməz. Əgər müharibə bitməsən nüvə danışıqları aparılarsa, gələcəkdə İranın təhlükəsizliyi üçün ciddi həyəcan siqnalları səslənəcək
Beləliklə, həm İran, həm də ABŞ öz supergüc mövqelərini möhkəmləndirmək mübarizəsindədirlər. Bir fərqlə ki, ABŞ öz supergüclüyünü təsbit edərsə, İrana qarşı gələcək müharibələrin açarını əlində saxlayacaq, amma əgər İran supergüc statusunu möhkəmləndirərsə, gələcək təcavüzlərin qarşısında ciddi və çəkindirici maneə olacaq.
Sonda qeyd etmək lazımdır ki, "dialoq və ya müharibə" kimi ikiqütblü fərziyyə strateji səhvdir.
Dialoqun zəruriliyi İranın maraqlarının və mövcudluğunun təmin edilməsindən asılıdır. Əgər dialoq İranın maraqlarının təmin edilməsinə gətirib çıxarırsa, müharibədən daha üstündür; lakin zəmanətsiz dialoq sadəcə gələcək müharibələr üçün yol açacaq. Buna görə də, dialoqa alternativ onun nəticəsindən asılı olaraq dəyişir: əgər dialoq maraqları təmin etmirsə, yeganə səmərəli variant "müqavimət" olacaqdır.
🔴