✏️Küçələrdə bomj həyatını yaşayan birindən soruşdum ki, nə səbəb oldu ki, küçələrə düşmüsən? Mənə dedi: Bas bayıra!
Dedim ki, mənə deyirsən bunu?! Dedi yox. Dedim bəs, niyə belə dedin? Dedi: Sual verdin ki, nə səbəb oldu ki, küçələrə düşmüsən? Mən də dedim ki, "bas bayıra" sözü səbəb oldu.
Mənim yaxşı vəzifəm var idi. Qapıma kasıb adam gəlmişdi, haqqını yemişdim. Onun gücsüz olduğunu bilib dedim ki, bas bayıra. O da çarəsiz qalıb getdi.
Axşam idi. Arvad zəng elədi ki, ay kişi, hardasan, gəl, uşaqların üçü də yıxılıb yerə, ağızlarından qara su gəlir. Özümü tez çatdırdım evə, gördüm arvad da yıxılıb yerə, ağzından qara su gəlir.
Onları həkimə apardım. Həkim baxıb dedi ki, hamısı zəhərləniblər, çarələri yoxdur. Dedim nə qədər lazımdır pul verim, ailəmi xilas et, dedi xeyri yoxdur, zəhər qanlarına keçib. Əsəbləşib dedim ki, görərsən başına nə oyun açacam. Həkim mənə dedi ki, bas bayıra!
Ailəmi itirdim. İşimi də itirdim. Evim də əlimdən çıxdı.
Ay qardaş, kasıba, gücsüzə "bas bayıra" demə, heç vaxt demə!
📱Nəticə: Gücsüzə "bas bayıra" desən, həkim yadında olsun!