Dilin afətləri kitabının müqəddiməsi: Eyb axtarma və söz gəzdirmə
Bu günkü cəmiyyətdə yayılmış əxlaqi rəzilətlərdən biri eyb axtarmadır. Qarşıdakı müzakirələrdə Həzrət Ayətullah əl-üzma Hacı Ağa Müctəba Tehrani (qəddəsə sirrəhu) eyb axtarmanı və bir neçə başqa rəziləti araşdırırlar. Başqasının eybini axtarmaq və ya onunla qarşılaşmaq və onu gələcəkdə sui-istifadə üçün yadda saxlamaq eyb axtarmadır. Rəvayətlərdə bu hal bəndənin Allahdan ən uzaq halıdır. Eyb axtaran şəxs o eybin sahibi kimidir. Eyb axtarmanın dünya və axirətə aid çirkin nəticələri vardır. Əlbəttə, eyb axtarma ilə nəsihət arasında fərq var; əgər bir şəxs ürəkdən gələn məhəbbətlə və islah niyyəti ilə başqasının eybini ona xatırlatsa, bu eyb axtarma deyil. Əlbəttə, insanın öz eybləri ilə məşğul olması daha yaxşıdır.
Bəzən bu əxlaqi rəzilət münkərin nəqlinə və ya fahişənin yayılmasına çevrilir. Münkərin nəql edilməsinin nəticəsi cəmiyyətdə çirkin əməlin qəbahətinin qırılmasıdır. Bunun qarşısında eybi örtmək vardır ki, bu, nəfsi fəzilətlərdəndir. Kim başqalarının eybini örtsə, Allah da onun eyblərini örtər.
Başqa bir rəzilət sirrin faş edilməsidir. Sirrin faş edilməsində çirkin və gözəl əməl arasında fərq yoxdur; insan hətta gözəl əməlinin də bir kimsə tərəfindən bilinməsinə razı deyil. Kim başqasının sirrini faş etsə, xəyanət etmişdir. Bunun qarşısında sirri gizlətmək mövqeyə qoyulur ki, dünya və axirətin xeyri ondadır.
Əlahəzrətin araşdırdığı başqa bir rəzilət söz gəzdirmə və ya nəmimədir. Onun tərifində belə buyururlar: «Bir şəxsin başqası barəsində bildirdiyi sözü və ya əməli yenidən söyləmək.» Nəmimə dillə, əməllə, işarə ilə və ya yazı ilə ola bilər. Nəmimənin fərdi və ictimai həyatda çox çirkin təsirləri vardır. Axirət nöqteyi-nəzərindən qəbir əzabına, qiyamətə qədər atəşdə yanmağa, behiştin haram edilməsinə, behiştə daxil olmamağa və əzabdan rahatlanmamağa səbəb olur. Dünya nöqteyi-nəzərindən yaxınlarla döyüşməyə, tanışlarla düşmənçiliyə və əlaqələrin, dostluqların pozulmasına səbəb olur. Bundan sonra Əlahəzrət insanın nəmam şəxs qarşısındakı vəzifələrini bəyan edirlər.
Nəmimənin çirkin növlərindən biri səyayətdir. Səyayəti o zaman işlədirlər ki, barəsində söz deyilən şəxs əmirlərdən, hakimlərdən, rəislərdən, sultanlardan və zahiri güc sahibi olub öz qəzəbini saxlaya bilməyən kimsələrdən olsun. Nəmimənin başqa bir növü mömin qardaşlar arasında fəsad salmaqdır. Mömin qardaşlardan birinə digəri barəsində yalan isnad etmək ki, onların arasını pozsun.
Müzakirə olunan son əxlaqi rəzilət şəmatətdir. Şəmatət bu hallarda gerçəkləşir: birinci, insan öz iman qardaşlarından birinə bəla və ya müsibət gəldiyini bildikdə sevinər və sevincini büruzə verər. İkinci, başqasına bəla və ya müsibət yetişdikdə, bu bəla və müsibəti onun pisliyi ilə bağlı sanmaq. Bəzi məqamlara diqqət yetirmək lazımdır; o cümlədən, ola bilsin ki, bu müsibət günahın nəticəsi deyil. Çünki Allahın bir çox övliyaları müsibətə düçar olurlar.
Bu kitabı diqqətlə və əməllə birlikdə oxumaq dini maarifə maraq göstərən bütün şəxslər üçün faydalı olacaqdır. İnşallah, bu qiymətli və dəyərli nöqtələrə diqqət edib əməl etməklə, əxlaqi rəzilətləri öz daxilimizdən təmizləyək və əxlaqi fəzilətləri qazanaq.