Henüz yorum yok. Deneyiminizi ilk paylaşan siz olun!
Son Yazılar
azOSINT
21 May 2026 21:43
kəmərinin nasos stansiyalarına İran tərəfindən hücum olduğu deyilir.
2,950
30
0
azOSINT
21 May 2026 21:43
📷 Photo
Belə mətnlər bütün tərəflərlə razılaşdırılmamış yayılmır.
Atəşkəsin Livanı da əhatə etməsi açıq-aydın bildirilmişdi.
Bir nəfərin qırğın istəyi bitmir ki, bitmir.
3,090
64
0
azOSINT
21 May 2026 21:43
İranın təktərəfli açıqladığı 10 maddədə ABŞ-ın heç bir problemi həll edilmir. Hətta qəbuledilməz kimi görünən maddələr də var.
ABŞ-ın açıqlamalarındaki nəticələr isə İrana uyğun deyil. Gözləyək görək hansısa orta nöqtədə görüşə biləcəklərmi?
3,200
38
0
azOSINT
21 May 2026 21:43
📷 Photo
Rejimin devrilməməsi, müharibənin bu şəkildə dayanması və ya uzanması, İsrail üçün məğlubiyyətdir. ABŞ üçün də məğlubiyyət saymaq olar, çünki Körfəz ölkələri bu yaşananları unutmayacaqlar. Biraz da belə davam etsə Ukrayna variantında olduğu kimi hücuma başlayan…
3,500
31
azOSINT
21 May 2026 21:43
Trumpın təhdidlərinin içi boş olub-olmamasından, “madman” rolunu oynayıb-oynamamasından asılı olmayaraq, onun ABŞ prezidenti olmaq üçün lazımi mental vəziyyətdə olmadığı aydındır.
Dünya hər keçən gün daha pis xaotik bir yerə çevrilir.
2,660
87
0
azOSINT
21 May 2026 21:43
"New York Times" qəzetinin yeni hesabatı, Donald Trampın öz komandası daxilindəki dərin ixtilaflara rəğmən, İsrailin qapalı qapılar arxasındakı təklifindən sonra İranla müharibəyə necə qərar verdiyini üzə çıxarıb.
Fevralın 11-də Ağ Evin Məxfi Əməliyyatlar Otağında (Situation Room) keçirilən gizli iclasda İsrail Baş naziri Benyamin Netanyahu rejim dəyişikliyi ilə bağlı dörd mərhələli plan təqdim edib. Təqdimata Rza Pəhləvi kimi potensial alternativ liderlərin kadrlarından ibarət video-montaj da daxil edilib. Vitse-prezident JD Vance həmin vaxt Azərbaycanda olduğu üçün görüşdə iştirak edə bilməyib.
"Mossad" rəhbəri David Barnea və hərbi rəsmilərlə birlikdə çıxış edən Netanyahu aşağıdakı iddiaları irəli sürüb:
* İranın ballistik raket proqramı bir neçə həftə ərzində məhv edilə bilər.
* Rejim Hörmüz boğazını bağlamaq üçün kifayət qədər güclü olmayacaq.
* "Mossad"ın dəstəyi ilə qızışdırılan küçə etirazları üsyana çevrilə bilər.
* İraqdakı kürd döyüşçülər şimal-qərbdən quru cəbhəsi aça bilərlər.
Trampın bu təklifə reaksiyası qısa olub: “Yaxşı təklifdir, münasib görünür.”
Növbəti gün ABŞ kəşfiyyatı bu plana kəskin etiraz edib. Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff rejim dəyişikliyi ssenarisini “cəfəngiyyat” adlandırıb. Dövlət katibi Marko Rubio isə daha sərt ifadə işlədərək, bunu "bullshit" hesab edib. General Den Keyn prezidentə xəbərdarlıq edərək bildirib: “Mənim təcrübəmə görə, bu, israillilərin standart iş üsuludur. Onlar imkanları həddindən artıq şişirdirlər və planları həmişə tam təkmilləşdirilmiş olmur.”
Tramp rejim dəyişikliyi məsələsini “onların [İsrail] problemi” adlandıraraq kənara qoysa da, İranın rəhbərliyini və hərbi infrastrukturunu hədəf almaq fikrindən daşınmayıb.
Fevralın 26-da keçirilən yekun iclasda komanda daxilindəki parçalanma daha da qabarıq büruzə verib. Vitse-prezident JD Vance müharibənin nəzarətdən çıxa biləcəyi və ABŞ-ın resurslarını tükəndirəcəyi barədə xəbərdarlıq etsə də, sonda “Bunun pis fikir olduğunu düşünürəm, amma sizi dəstəkləyəcəyəm” deyib.
Müdafiə naziri Pit Heqset müharibənin ən böyük tərəfdarı kimi çıxış edərək dərhal hərəkətə keçməyə çağırıb. Hərbi rəhbərlik sursat çatışmazlığı və Hörmüz boğazına olan təhdidlər kimi riskləri qeyd etsə də, plana birbaşa qarşı çıxmaqdan çəkiniblər. Maraqlıdır ki, mümkün fəsadların idarə olunmasına məsul olan Maliyyə naziri Bessent və Milli Kəşfiyyat direktoru Tulsi Qabbard iclasda iştirak etməyiblər.
Məsləhətçilərinin rəyini soruşan Tramp yekun qərarını belə açıqlayıb:
“Hesab edirəm ki, biz bunu etməliyik.”
Bu qərardan iki gün sonra hərbi zərbələr başlayıb.
azOSINT
21 May 2026 21:43
Dəqiq hesab tutmamışam, amma səhv etmirəmsə hər bazarertəsi günü çıxan sülh spekulyasiyalarının hamsını Axios nəşri ortaya atır. Nə təsadüfdürsə ancaq bazar ertəsi səhəri xəbər yayılır. Çərşənbə gününə doğru da Trump nəsə yeni deadline qoyur söhbət itir batır.
Hazırda hansısa kompromisə gedərək süıh bağlamaq İrana sərf etmir. Gedəcəkləri tək kompromis nüvə silahı əldə etməməkdir, ki bunu uzun illərdir həmişədən deyiblər. ABŞ ona görə bunu kompromis kimi qəbul edəsi deyil, daha çox şey istəyir.
2,930
53
0
azOSINT
21 May 2026 21:43
📷 Photo
2,480
14
0
azOSINT
21 May 2026 21:43
Trump İranın “elektrik obyektlərinin bombalanması” barədə sabah üçün ultimatum verib.
Bu tipli obyektlərin bombalanması, eksklüziv olaraq hərbi obyektlər deyilsə, müharibə cinayəti sayılır. Lakin əgər həqiqətən də hücum baş tutarsa, bu klasik mənada bombalamaqdan fərqlənə bilər.
ABŞ daxil olmaqla bir neçə ölkə “qrafit bombaları”ndan istifadə edir (BLU-114/B). Bunlar sizin düşündüyünüz mənada bombalar deyil; onların kiçik partlayıcı yükü olur, lakin hədəfi kobud güclə məhv etmirlər.
Bunun əvəzinə, bombadan uzun qrafit lifləri xaric olunur. Onlar elektrik xətlərinin üzərinə yayılaraq qısaqapanma yaradır. Nəticədə ya hər hansı bir mühafizə sistemi xəttin enerjisini kəsir, ya da xətt sonda sıradan çıxır. Bu proses zamanı qrafit buxarlanır və geridə heç nə qalmır.
Nəticə etibarilə elektrik enerjisi kəsilir. Bunlara bəzən “yumşaq bombalar” və ya “blackout (qaranlıq) bombs” da deyilir.
ABŞ bunlardan əvvəllər də istifadə edib. Qrafit bombaları "Desert Storm" əməliyyatında istifadə olunsalar da, sonradan real bombalardan istifadə edildi və tez bir zamanda bərpa olunmayacaq dərəcədə böyük zərər vuruldu. Bu, bir səhv hesab olunur. Əsas məqsəd hərbi əməliyyatlar dayandıqda mülki əhalinin əziyyətini minimuma endirmək üçün elektriki sürətlə bərpa edilə biləcək şəkildə kəsməkdir. Elektrik enerjisi olmadan su və kanalizasiya sistemləri işləmir, bu isə ictimai sağlamlıq problemlərinə yol açır.
ABŞ 1999-cu ildə Yuqoslaviya əməliyyatında qrafit bombalarından istifadə edərək ölkənin elektrik enerjisinin təxminən 70%-ni söndürmüşdü. Sonradan ardıcıl hücumlar olsa da, onlar enerjini təxminən 24 saat ərzində bərpa edə bilirdilər.
Hər halda, əgər ABŞ-da İranın elektrik şəbəkəsi haqqında yaxşı məlumat varsa, digər hissələrə toxunmadan onun müəyyən hissələrini hədəf ala bilər. Məsələn, şəbəkənin yalnız hərbi obyektləri qidalandıran hissəsini, hərçənd təcrübədə, baza tamamilə izolyasiya olunmayıbsa, bu, çox güman ki, bəzi qeyri-hərbi obyektlərə də təsir edəcək.
azOSINT
21 May 2026 21:43
📷 Photo
ABŞ-a məxsus F-15E-nin qəzaya uğradığı yerin https://maps.app.goo.gl/B5EJV52BLanUiNXF7?g_st=ic
Xilasedicilərin eniş https://maps.app.goo.gl/7T5r94keKncu2G4C7?g_st=ic 25 km məsafədə yerləşir.
2,370
35
azOSINT
20 Nis 2026 11:39
📷 Photo
MC-130J ilə bərabər ABŞ-ın məhv etdiyi helikopter MH-6M (Little Bird) normalda həmin MC-130J-in yük bölməsində karqo kimi daşınır, havada yanacaq doldura bilmir (İsfahana da elə yük kimi gətirilmə ehtimalı çoxdur).
Belədirsə, yük bölməsində qanadları bağlı şəkildə daşınan helikopter (sürətlə yenidən açılıb uçuşa hazır vəziyyətə gətirilir) artıq təyyarənin özü geri qayıda bilmədiyi üçün faydasız vəziyyətə düşür və o da təyyarə ilə birlikdə məhv edilir.
3,040
59
azOSINT
7 Nis 2026 06:07
BƏƏ BMT Təhlükəsizlik Şurasına müraciət edərək ölkələri Xartiyanın 7-ci maddəsini (güc tətbiqetmə) işə salmağa və Hörmüzün açılması üçün təcili birgə tədbirlər görməyə çağırıb (təbii ki, BMT-nin hazırda elə də bir ciddiyəti qalmayıb)
Körfəz ölkələri müharibənin hazırki vəziyyətdə bitməsinə qətiyyən razı olmazlar.
1,770
41
0
azOSINT
7 Nis 2026 06:07
📷 Photo
Böyük Britaniyanın RAF Lakenheath aviabazasında hazırda ABŞ ordusuna məxsus 16 ədəd MC-130 xüsusi təyinatlı aviasiya vasitələri yerləşdirilib. Bu təyyarələr Britaniyaya son 1 ay ərzində çox sakit şəkildə cəmləniblər.
MC-130 AFSOC (Air Force Special Operations Command) tərəfindən idarə olunur və ABŞ xüsusi təyinatlı qüvvələri, SEAL qüvvələri və s. kimi qrupları əməliyyat bölgəsinə xüsusi radarlarından istifadə edərək həddindən artıq çox alçaqdan uçaraq daşıya bilir. Beləcə əsas HHM radarlarından yayınmağı bacarır. Əlavə olaraq bu təyyarələr xüsusi uçuş zolağı olmadan torpaq ərazilərə də eniş etməyi bacarırlar.
Bu qədər çox MC-130-un əməliyyat bölgəsi üçün hazırlanması uzun zamandır spekulyasiya edilən zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirib qaçırma əməliyyatının planlanmasının bir parçası ola bilər.
Mediyaya sızdırılan məlumatlara görə, Trumpa bu əməliyyatla bağlı variantlar artıq təklif olunub.
15,600
azOSINT
7 Nis 2026 06:07
Polşaya olan hücumun ardınca Rusiya bu gün də Estoniya hava sahəsini misli görünməmiş şəkildə pozdu. Bu hadisələrin bir neçə dəfə də təkrarlanması halında olanlar yalnız bir nəticəyə aparacaq: müharibə Baltik ölkələrinə yayılacaq. Avropa boşuna zaman itirir.…
2,210
78
0
azOSINT
7 Nis 2026 06:07
Müharibənin bitməsi üçün İranın şərti yenidən bir də zərbə olmaması üçün qarantyorun olmasıdır.
Pakistan rəsmiləri Çinə səfər edərək diplomatik həllər tapmağa çalışırlar. Təbii ki, bunu ABŞ və İranın öncədən razılığı olmadan etməzlər. ABŞ Çinin qarantyorluğuna razı olsa, müharibənin bitmə perspektivi yaranacaq. Bu barədə yəqin ki, yaxın günlərdə mediaya sızan xəbərlərdən öyrənərik.
2,050
43
0
azOSINT
7 Nis 2026 06:07
Səhər paylaşdığım WSJ məqaləsində yazılanları təxminən doğrulayacaq bir yeni paylaşım edən Donald Trump, Britaniya timsalında digər ölkələri “istəyirlərsə gəlib Hörmüzü özləri açsınlar”deyərək təhdid edib. Görünür Trumpın komandası Hörmüzü həll həll etmədən…
1,800
39
0
azOSINT
7 Nis 2026 06:07
🎥 Video
Ohio sinifi SSGN dənizaltısı Cəbəllütariq boğazını keçərək Aralıq Dənizinə daxil olub.
Qeyd edim ki, bu dənizaltılar 154 ədəd Tomahawk qanadlı raketi daşıyır və hazırda bölgəyə göndərilən SSGN-in 66 SEAL xüsusi təyinatlı qüvvəsini sahilə çıxara bilən DDS (Dry Dock Shelter) ilə təchiz olunduğunu görmək mümkündür.
Müharibənin bitməsi yönündə spekulyasilar davam etdiyi bir vaxtda ABŞ hər keçən gün bölgədəki xüsusi aktivlərinin sayını artırmaqda davam edir.
2,360
38
azOSINT
7 Nis 2026 06:07
📷 Photo
Səhər paylaşdığım WSJ https://www.wsj.com/world/middle-east/trump-iran-war-strait-of-hormuz-ee950ad4?mod=middle-east_news_article_pos2 yazılanları təxminən doğrulayacaq bir yeni paylaşım edən Donald Trump, Britaniya timsalında digər ölkələri “istəyirlərsə gəlib Hörmüzü özləri açsınlar”deyərək təhdid edib.
Görünür Trumpın komandası Hörmüzü həll həll etmədən münaqişədən çəkilmək variantını ciddi olaraq nəzərdən keçirir.
Amma hər ehtimala bölgəyə yığılan desant və xüsusi təyinatlı qüvvələrin sayı, tərkibi və dislokasiya dinamikasını diqqətdə saxlamaqda fayda var. Çünki son qərarın verilib-verilmədiyi dəqiq deyil.
15 dəqiqə sonra Pentagon yeni bir brifinq keçirəcək. Uzun müddət sonra ilk brifinq olacaq.
1,700
azOSINT
7 Nis 2026 06:07
2003-cü ilin fevral ayından (İraqın işğalının başlamasından bir ay əvvəl) olan https://www.cbc.ca/news/world/war-likely-wouldn-t-last-long-rumsfeld-1.366648 deyilir:
ABŞ-ın Müdafiə naziri Donald Ramsfeld cümə günü Avropa səfərinə başlayarkən hərbçilərə İraqla hər hansı bir münaqişənin yəqin ki, bir neçə ay ərzində başa çatacağını bildirib.
O, bu proqnozu İtaliyanın şimalındakı Aviano şəhəri yaxınlığında yerləşən aviabazada, anqarın daxilində yüzlərlə ABŞ hərbi qulluqçusu qarşısında çıxışı zamanı səsləndirib.
Ramsfe onlara müraciətlə deyib: "Bu münaqişənin nə qədər davam edəcəyini dəqiq bilmək mümkün deyil. Altı gün, altı həftə çəkə bilər. Altı ay çəkəcəyinə isə şübhə edirəm."
ABŞ/İsrail-İran müharibəsi başlamazdan öncə də ABŞ-ın bir neçə həftəyə əməliyyatları bitirəcəyi deyilirdi. Hazırda 5-ci həftədəyik və Donald Trump həm müharibəni hər an bitirməkdən danışır, paralel olaraq da bölgəyə quru qoşunları və desant qüvvələri yığılır.
https://www.wsj.com/world/middle-east?mod=breadcrumb
Müharibə bir qədər də davam edərsə, Çünki həm Körfəz ölkələri azğınlaşmış bir İran rejimi ilə qarşı-qarşıya qalmaq istəməyəcək, həm də stratejik qələbəsini cəmiyyətə təqdim edə bilməyən ABŞ hakimiyyətinin işi çətin olacaq.
Yuxarıda WSJ-dən linkini yerləşdirdiyim bugünki xəbərdə isə Donald Trumpın Hörmüzün bağlı qalma bahasına da olsa müharibəni dayandırma istəyi olduğu deyilir.
2,160
azOSINT
7 Nis 2026 06:07
📷 Photo
Sırf bazarlar açılanda çox çökməsin deyə çarəsizcə son çırpınışlarını edir. Hər birinci gün eyni şey olur.
Bir müddət sonra bu da işə yaramayacaq müharibə dayanmasa.
2,350
57
azOSINT
7 Nis 2026 06:07
📷 Photo
The Bulletin of the Atomic Scientists nəşrinin https://thebulletin.org/2026/03/analysis-iran-likely-transferred-highly-enriched-uranium-to-isfahan-before-the-june-strikes/?utm_source=Twitter&utm_medium=SocialMedia&utm_campaign=TwitterPost03302026&utm_content=NuclearRisk_Ishfahan_032026 göstərir ki, keçən iyunun hava zərbələrindən əvvəl Tehran yüksək dərəcədə zənginləşdirilmiş uran (HEU) ehtiyatlarını uğurla köçürüb. Peyk görüntüləri Natanzdan mavi rəngli, "Type B" qoruyuculu xüsusi silindrik konteynerlərin çıxdığını təsdiqləyir. Bu ağır tonnajlı, qurğuşun örtüklü çənlər həm radiasiyanı, həm də istilik izini bloklayaraq yükün tərkibini gizli saxlayır. Həmçinin zərbəyə və qəzaya dözümlü olan bu qablar uranı hər hansı hücumdan qoruyur.
Uran Natanzdan İsfahandakı daha dərin və bunkerdağıdan bombalara qarşı davamlı yeraltı tunellərə daşınıb. İyun hücumundan sonra Natanzda radioaktiv sızıntının olmaması uranın artıq orada olmadığına işarə etdi. İran indi "Modul Saxlama" taktikasına keçərək uranı sabit çənlər əvəzinə mobil "göy konteynerlərdə" saxlayır və kəşfiyyatı çaşdırmaq üçün onlarla boş (dummy) qabdan istifadə edir.