Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi kanalı
- https://smb.gov.az
- https://twitter.com/smbgovaz
- https://facebook.com/smb.gov.az
- https://instagram.com/smb.gov.az
- https://linkedin.com/company/kobia
Follow @smbgovaz to stay updated with the latest rsmi and respublikasnn trends and news
Henüz yorum yok. Deneyiminizi ilk paylaşan siz olun!
Son Yazılar
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
29 Nis 2026 00:56
📷 Photo
Ölkədə biznesin davamlılığının idarəedilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
◼️Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO TS 22317:2026 “Təhlükəsizlik və davamlılıq. İş fəaliyyətinin (biznesin) davamlılığını idarəetmə sistemləri. İş fəaliyyətinə (biznesə) təsirin təhlili üzrə təlimatlar” yeni dövlət standartı qəbul edilib.
◼️Agentliyin məlumatına görə, yeni standartın tətbiqi müəssisə və təşkilatlarda biznes fəaliyyətinə təsirin sistemli və hərtərəfli təhlilini təmin etməklə kritik iş proseslərinin asanlıqla müəyyənləşdirilməsinə, potensial risklərin dəqiq qiymətləndirilməsinə və iş davamlılığının daha səmərəli və effektiv idarə olunmasına mühüm töhfə verəcək.
◼️Sözügedən dövlət standartı Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsis edilən “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
105
0
0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
29 Nis 2026 00:56
Azərbaycanda tütün sahələrinin sığortalanması başlayıb
◼️Azərbaycanda tütün əkini sahələri üzrə sığorta müqavilələrinin imzalanması dövrü başlayıb.
◼️Aqrar Sığorta Fondunun məlumatına görə, hazırda tütünçülük sahəsində yüzlərlə fermer fəaliyyət göstərir və gəlir əldə edir. Aqrar sığorta bu fermerlərin gəlirlərini qorumağa imkan verir. Sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənildiyinə görə fermerlər tütün sahələrini kiçik ödənişlə sığortalaya bilərlər.
◼️Bundan başqa, tütün məhsulu dolu riski ilə yanaşı, doludan keyfiyyət itkisi riskinə qarşı da həssasdır, dolunun korladığı tütün yarpaqları keyfiyyətini itirdiyinə görə əvvəlki dəyərindən təqribən 3 dəfə ucuz satılır.
119
0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
29 Nis 2026 00:56
5-ci “Brand Award International 2026” qlobal müsabiqəsinin yeni mərhələsinə start verilib
Müsabiqə Azərbaycan, eyni zamanda, Xəzər, Qara dəniz və Baltik regionlarının ölkələrini təmsil edən ticarət markalarını vahid platformada bir araya gətirərək onların həm yerli, həm də beynəlxalq səviyyədə tanıdılmasına, brend nüfuzunun gücləndirilməsinə və yeni biznes imkanlarının formalaşmasına xidmət edir.
Müsabiqə çərçivəsində “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi ölkələrdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən, bazarda möhkəm mövqe qazanmış, eləcə də media və sosial şəbəkələrdə tanınan 50 ticarət markası müəyyən edilərək mükafatlandırılır.
Ətraflı - https://shorturl.at/Kox33
137
0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
29 Nis 2026 00:56
📷 Photo
Startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan olunur!
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam İnkişaf Bankı Qrupu birgə startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan edir.
Müsabiqə İslam İnkişaf Bankı Qrupuna üzv ölkələrdən yüksək potensiallı startapların innovativ ideyalarını nümayiş etdirməsinə dəstək olmaq, qlobal investorlarla əlaqə qurmaq və beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirmək məqsədi daşıyır.
Müsabiqəyə qoşulmaq üçün son tarix 15 maydır.
Layihələrinin qlobal bazarlara çıxacağına inanan və qlobal səviyyədə rəqabət aparmağa hazır olan startaplar qeydiyyatdan keçə bilərlər.
Ətraflı - https://smbgovaz.short.gy/pILtUt
128
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
29 Nis 2026 00:56
📷 Photo
KOB-ların satış imkanlarını genişləndirən dəstək alətləri
Keyfiyyətli məhsul uğurun əsas şərtlərindən biri olsa da, mikro və kiçik bizneslər satış kanallarına çıxış, müştəri tapmaq və bazarı düzgün analiz etmək kimi məsələlərdə bir çox hallarda çətinlik yaşayırlar.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarını genişləndirmək, məhsullarını daha geniş auditoriyaya təqdim etmək və bazar haqqında düzgün qərarlar qəbul etmələrinə kömək etmək məqsədilə bir sıra dəstək alətləri təqdim edir. Bu dəstəklər sahibkarlara həm ticarət şəbəkələrinə çıxış əldə etməyə, həm sərgi və yarmarkalarda iştiraka, həm də daxili bazarın peşəkar şəkildə araşdırılmasına imkan verir.
Satışa dəstək alətləri barədə sualları KOBİA-nın Biznesə xidmətlər departamentinin Bazarlara çıxış üzrə xidmət şöbəsinin müdiri Rəşad Bayramov cavablandırıb.
Ətraflı - https://shorturl.at/qpacw
113
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
29 Nis 2026 00:56
🎥 Video
Hər bir biznes fəaliyyəti üçün dövlətdən lisenziya alınmalıdır?
96
0
0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
29 Nis 2026 00:56
📷 Photo
Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər
KOB klaster, klasterlərin yaradılmasına dövlət dəstəyi və mövcud klaster şirkətləri barədə sahibkarları daha çox maraqlandıran sualları Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Strateji inkişaf və innovasiyalar departamentinin müdir müavini Altun Yasinli cavablandırıb.
Ətraflı - https://news.day.az/azerinews/1828488.html
123
0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
29 Nis 2026 00:56
📷 Photo
Asiya İnkişaf Bankının nümayəndələri “Bakı KOB evi”ndə olub
Ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Leah Gutierrez, bankın ölkə üzrə direktoru Sunniya Durrani-Camal və nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olublar.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Bakı KOB evi”nin nümayəndələri tərəfindən qonaqlara biznesə vahid məkanda xidmət mərkəzi olan KOB evi modeli, burada biznes subyektlərinə təqdim olunan “G2B” və “B2B” xidmətlər barədə ətraflı məlumat verilib. Dövlət və özəl qurumlar tərəfindən sahibkarlara xidmətlərin göstərilməsi prosesi, bu sahədə KOB evlərinin rolu ilə bağlı bankın nümayəndələri ilə fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb.
KOB evi ilə tanışlıq çərçivəsində həmçinin, KOBİA və Asiya İnkişaf Bankının nümayəndələri arasında KOB sahəsində əməkdaşlığın genişləndirilməsi, sahibkarlığın inkişafına yönəlmiş birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
29 Nis 2026 00:56
🎥 Video
Hansı strateji sahələrə investisiya təşviqi sənədi verilir?
158
0
0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
29 Nis 2026 00:56
📷 Photo
Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib
2026-cı ilin yanvar-mart aylarında 29 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 16 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. Şəhadətnamə almış sahibkarların 10-u hüquqi, 6-sı fiziki şəxsdir. Startaplardan 10-u Bakı şəhərindən, 6-sı isə regionlardandır. “Startap” şəhadətnaməsi almış biznes subyektləri istehsal və xidmət sektorlarında fəaliyyət göstərir, startapların əsas istiqamətləri e-ticarət və rəqəmsal marketinq, səhiyyə texnologiyaları, onlayn oyun istehsalı, səyahət və turizm xidmətləri, rəqəmsal ödəniş sistemləri və s. sahələrdə innovativ həlləri özündə ehtiva edir.
Ətraflı - https://smbgovaz.short.gy/6wCF17
130
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
14 Nis 2026 23:42
🍬 Şəkərli qənnadı məmulatlarının istehsalı artıb
◼️Bu ilin yanvar-fevral aylarında ölkədə 1 549,2 ton şəkərli qənnadı məmulatları istehsal olunub.
◼️Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 14,1 faiz artıb.
◼️2026-cı ilin mart ayının 1-nə hazır məhsul ehtiyatı 90,1 min ton təşkil edib.
81
0
0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
14 Nis 2026 23:42
May ayında Azərbaycanda beynəlxalq sərgilər mövsümünə start veriləcək
◼️Azərbaycanda beynəlxalq sərgilər mövsümünə may ayında kənd təsərrüfatı və qida sənayesi üzrə regionun ən böyük sərgiləri ilə start veriləcək.
◼️5-8 may tarixlərində Bakı Ekspo Mərkəzində artıq milli brendə çevrilmiş “Caspian Agro Week” - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də “Horeca Caspian” - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçiriləcək.
◼️Bu il sərgilər bir sıra yeniliklərlə yadda qalacaq. Daha öncə “Caspian Agro” adı ilə tanınan sərgi 2026-cı ildən etibarən yeni brend - “Caspian Agro Week” adı ilə təşkil edilərək, Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu kimi təqdim olunur.
◼️Hazırda aktiv şəkildə sərgilərə hazırlıq prosesi davam edir. İndiyədək sərgilərdə iştirakını dünyanın 30-dan yuxarı ölkəsindən 300-dən çox şirkət təsdiq edib. Eyni zamanda, sərgilər çərçivəsində AFAZ (Africa-Azerbaijan Cooperation), Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland, İndoneziya və Şimali Kipr milli qruplar formatında öz kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edəcəklər. Qeyd edək ki, AFAZ, Braziliya və Şimali Kipr bu sərgilərə ilk dəfə qatılır.
◼️Mühüm yeniliklərdən biri də odur ki, 2026-cı ildə “InterFood Azerbaijan” sərgisi vahid məkanda – Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunda cəmləşəcək. Beləliklə, qida sənayesini təmsil edən bütün yerli və xarici şirkətlər öz məhsullarını məhz bu pavilyonda ziyarətçilərə təqdim edəcəklər. Bu yanaşma ziyarətçilərin sərgi daxilində vaxtına qənaət etməsinə və qida sektoruna aid bütün yenilikləri vahid bir məkanda, daha rahat şəkildə izləməsinə imkan yaradır.
◼️Xarici ölkə nümayəndələri və yerli şirkətlərlə yanaşı, bu il sərgidə Azərbaycanın bölgələri də aktiv şəkildə təmsil olunacaq. Ziyarətçilər sərgilər çərçivəsində bölgələrin aqrar və qida sahəsindəki imkanları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
◼️Bu sərgilər üçün zəngin işgüzar proqram hazırlanıb: müxtəlif forumlar, təqdimatlar və master-klasslar və s. Bununla yanaşı, ənənəvi işgüzar görüşlər (B2B/B2G) yeni formatda təqdim ediləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
14 Nis 2026 23:42
📷 Photo
KOBİA-da Azərbaycan-Qırğızıstan biznes əməkdaşlığına dair görüş keçirilib
Ölkəmizə səfərləri çərçivəsində Qırğızıstan Parlamentinin deputatı Medina Kayrılbekova və iqtisadiyyat və ticarət nazirinin müavini Sultan Axmatovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında işgüzar əlaqələrin mövcud vəziyyətinə və biznes sahəsində mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Tərəflər KOB subyektləri arasında əlaqələrin genişləndirilməsi məqsədilə birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin, KOBİA-nın Azərbaycanın KOB evləri ilə bağlı təcrübəsini Qırğızıstan tərəfi ilə bölüşməyə hazır olduğu qonaqların diqqətinə çatdırılıb, KOB evlərinin fəaliyyəti barədə məlumat verilib.
Qırğızıstan nümayəndə heyəti “Bakı KOB evi”ndə sahibkarlara vahid məkanda “G2B” və “B2B” xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə də tanış olublar.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
14 Nis 2026 23:42
🎥 Video
Sahibkarlar birgə maliyyələşmə proqramından necə yararlana bilərlər?
123
0
0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
14 Nis 2026 23:42
📊 Çay istehsalında dinamika müsbətdir
◼️Bu ilin yanvar-fevral aylarında ölkədə 1 634,6 ton çay istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 6,1 faiz çoxdur.
◼️Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin yanvar ayına nisbətdə isə fevralda istehsal həcmində 17,9 faiz artım qeydə alınıb.
◼️Mart ayının 1-nə hazır məhsul ehtiyatı 73 ton təşkil edib.
89
0
0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
14 Nis 2026 23:42
🍏 Yanvar-fevral aylarında 17,6 milyon dollarlıq alma ixrac edilib
◼️Bu ilin yanvar-fevral aylarında ölkədən 17,6 milyon ABŞ dolları dəyərində 22,6 min tondan çox alma ixrac edilib.
◼️Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 29,8 faiz, həcmi isə 9,5 faiz artıb.
◼️Cari ilin ilk iki ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,48 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,03 faizə bərabər olub.
92
0
0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
14 Nis 2026 23:42
📷 Photo
“Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinə!
5-8 may tarixlərində Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu (“Caspian Agro Week”) və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan”) sərgiləri keçiriləcək.
Məhsul və xidmətlərini KOBİA-nın stendində sərgiləmək istəyən KOB-lar 23 aprel 2026-cı il, saat 18:00-dək aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “Caspian Agro Week” və ya “InterFood Azerbaijan” qeyd olunmalıdır) müraciət edə bilərlər
Ətraflı - https://smbgovaz.short.gy/QNpagG
102
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
14 Nis 2026 23:42
“İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi Qaydaları” təsdiq edilib
◼️Nazirlər Kabinetinin Qərarına əsasən, “İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi Qaydaları” təsdiq edilib.
◼️Qaydalar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb və istehlak bazarlarında (elektron ticarət daxil olmaqla) texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin həyata keçirilməsi qaydalarını müəyyən edir.
◼️İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan texniki tənzimləmənin şamil olunduğu mallara qarşı nəzarət tədbirləri Qanunun tələbləri nəzərə alınmaqla, bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
◼️Sahibkarlıq sahəsində aparılan yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
133
0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
14 Nis 2026 23:42
Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
◼️Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 941:2023 “Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər” dövlət standartı ləğv edilib.
◼️Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, eləcə də “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə 30 dekabr 2025-ci il tarixli 338-VIIQD nömrəli Qanunun tətbiqi ilə bağlı elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi 1 aprel 2026-cı il tarixindən qadağan edilib.
◼️Bununla əlaqədar olaraq, AZS 941:2023 “Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər” dövlət standartının ləğvi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bazasında təsis edilən “Toxum-əkin materialları, tütün və tütün məmulatları, qeyri-ənənəvi qida məhsullarının yem bitkiləri” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 27) müzakirə edilib. Nəticədə, AZSTAND tərəfindən sözügedən dövlət standartı Standartlaşdırma üzrə normativ sənədlərin dövlət reyestrindən və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondundan çıxarılıb.
161
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
14 Nis 2026 23:42
📷 Photo
📢 “Gəncə KOB evi” sahibkarların xidmətindədir!
KOB evində xidmət göstərən dövlət qurumları ("G2B"):
-İqtisadiyyat Nazirliyi
-Kənd Təsərrüfatı Nazirliyi
-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
-Ekologiya və Təbii Sərvətlər Nazirliyi
-Fövqəladə Hallar Nazirliyi
-Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
-Dövlət Vergi Xidməti
-Dövlət Reklam Agentliyi
-Qida Təhlükəsizliyi Agentliyi
-Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
-Dövlət Gömrük Komitəsi
-“Azəriqaz” İB
-“Azərişıq” ASC
-Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
-Gəncə Şəhər İcra Hakimiyyəti
KOB evində göstərilən "B2B" xidmətlər:
-bank xidmətləri
-sığorta xidməti
-poçt xidmətləri
-konsaltinq xidməti
-lizinq xidməti
-tərcümə xidməti və s.
📍Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 166
🕘 Həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək
Ətraflı - https://smbgovaz.short.gy/pKMjCg