🏡 Bakı və Abşeronda torpaq harada ucuzlaşıb?
Yayda Mərdəkan, Şüvəlan və Bilgəh kimi dənizkənarı ərazilərə maraq artsa da, Bakı və Abşeronun bəzi qəsəbələrində torpaq qiymətləri aşağı düşüb.
📉 1 sot torpağın hazırkı qiymətləri:
Qobu və Hökməli
1,500–2,500 ₼ → 1,300–2,100 ₼
Ceyranbatan və Güzdək
3,000–4,000 ₼ → 2,600–3,400 ₼
Maştağa və Ramana
2,500–3,500 ₼ → 2,100–3,000 ₼
Savalan və Zabrat
4,500–6,000 ₼ → 4,000–5,200 ₼
Məhmədli və Digah
2,000–3,000 ₼ → 1,600–2,300 ₼
Fatmayı
3,500–5,000 ₼ → 2,800–4,100 ₼
📌 Niyə ucuzlaşır?
Əsas səbəblər dənizdən və əsas yollardan uzaqlıq, su-kanalizasiya və nəqliyyat problemləri, eləcə də bəzi torpaqların çıxarışsız və ya sənədləşməsinin mürəkkəb olmasıdır.
🌊 Eyni vaxtda dənizkənarı Mərdəkan, Şüvəlan və Bilgəhdə 1 sot torpağın qiyməti 15–35 min manat aralığındadır.
🔴 ✅