Nenhuma avaliação ainda. Seja o primeiro a compartilhar sua experiência!
Últimos Posts
Dövlət İmtahan Mərkəzi
11 de mai. de 2026, 13:51
📷 Photo
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 29 aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə ( https://eservices.dim.gov.az/erizebak/cehd1/) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
28 aprel saat 10:30-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 31425, II ixtisas qrupu üzrə 25867, III ixtisas qrupu üzrə 26057, IV istisas qrupu üzrə 6222 olmaqla, ümumilikdə isə 89571 abituriyent qeydiyyatdan keçib.
İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.
Qeyd: Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.
9,610
0
0
Dövlət İmtahan Mərkəzi
11 de mai. de 2026, 13:51
"Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri"nə həsr olunan görüşdə (29 aprel, saat 14:00-da başlanır) iştirak etmək üçün qeydiyyat başa çatır.
Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək mövzu ilə bağlı suallarını Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri və mütəxəssislərinə verə bilərlər.
Qeydiyyat forması https://portal.dim.gov.az/gorush2026/
8,910
0
0
Dövlət İmtahan Mərkəzi
11 de mai. de 2026, 13:51
📷 Photo
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər bu gün saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə ( https://eservices.dim.gov.az/erizebak/cehd1/) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.
Qeyd: Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.
Açıq görüşdə iştirak etmək üçün qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər, həmçinin qəbul kampaniyasının gedişi ilə maraqlanan şəxslər üçün yeni layihə həyata keçirir. Hər ay DİM-də Mərkəzin rəhbərliyinin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil edilir. Bu görüşlərdə iştirakçıların sualları cavablandırılır, onların təklif və rəyləri dinlənilir.
Bu dəfəki görüş "Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri"nə həsr olunacaq.
Diqqət!
Yerlər məhdud olduğu üçün görüşdə yalnız dəqiq iştirak edə biləcəyiniz halda qeydiyyatdan keçin.
Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/qFXKh daxil ola bilərsiniz.
10,600
Dövlət İmtahan Mərkəzi
11 de mai. de 2026, 13:51
📷 Photo
İmtahan iştirakçılarının nəzərinə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 3-də və daha sonrakı tarixlərdə, eləcə də iyun, iyul, avqust və sentyabr aylarında kağız daşıyıcılar vasitəsilə keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.
İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.
Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Hər hansı bir imtahan üçün buraxılış vərəqəsi imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir.
13,500
Dövlət İmtahan Mərkəzi
11 de mai. de 2026, 13:51
🎥 Video
9,480
0
0
Dövlət İmtahan Mərkəzi
11 de mai. de 2026, 13:51
📷 Photo
⏰ İmtahan saat 11:00-da başlanır.
❗️İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
➡️ İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
📑Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
✅İmtahana buraxılış vərəqəsi;
✅Şəxsiyyəti təsdiq edən sənədin əsli:
📍Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı saytımızdan yükləyə bilərlər.
Bütün iştirakçılara uğurlar arzu edirik!
13,100
Dövlət İmtahan Mərkəzi
11 de mai. de 2026, 13:51
📷 Photo
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 29 aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə ( https://eservices.dim.gov.az/erizebak/cehd1/) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 18 fevral – 5 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb.
13,400
Dövlət İmtahan Mərkəzi
11 de mai. de 2026, 13:51
📷 Photo
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.
23,500
0
Dövlət İmtahan Mərkəzi
25 de abr. de 2026, 17:34
Canlı yayım başlanıb
19 aprel tarixində keçirilmiş qəbul (buraxılış) imtahanında istifadə olunmuş tapşırıqların izahı və düzgün cavablar
https://www.tiktok.com/@dim.gov.az/live?enter_from_merge=others_homepage&enter_method=others_photo
9,320
0
0
Dövlət İmtahan Mərkəzi
25 de abr. de 2026, 17:34
📷 Photo
Dövlət İmtahan Mərkəzi mayın 10-da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.
Bu imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır. İmtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur. Dövlət İmtahan Mərkəzi digər özəl qurumların keçirdikləri sınaq imtahanlarının məzmunu və təşkilinə cavabdehlik daşımır və abituriyentlərə yalnız Mərkəzin rəsmi sınaq imtahanında iştirak etmələrini tövsiyə edirik.
Sınaq imtahanına qeydiyyat 22 aprel saat 23:59-dək aparılacaq.
https://eservices.dim.gov.az/sinaq#
9,870
Dövlət İmtahan Mərkəzi
25 de abr. de 2026, 17:34
📷 Photo
Məlum olduğu kimi, I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başlayıb. Hər il olduğu kimi bu il də Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir. Abituriyentlər aprelin 29-dək qeydiyyatdan keçmək üçün ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə də müraciət edə bilərlər.
Məsləhət mərkəzləri Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Milli Konservatoriya, Neft və Sənaye Universitetində, Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetində, Gəncə şəhəri üzrə Azərbaycan Dövlət Aqrar Universitetində və Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə, Şəmkir regional bölmələrində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.
11,000
Dövlət İmtahan Mərkəzi
25 de abr. de 2026, 17:34
📷 Photo
9 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.
17,700
0
Dövlət İmtahan Mərkəzi
25 de abr. de 2026, 17:34
📷 Photo
Dövlət İmtahan Mərkəzi aprelin 19-da növbəti imtahanlar keçirəcək.
Ətraflı: https://shorturl.at/LVpyp
8,860
0
Dövlət İmtahan Mərkəzi
25 de abr. de 2026, 17:34
📷 Photo
Məlum olduğu kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi 2026-cı il fevralın 18-dən martın 5-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəsssiələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2026-cı il aprelin 16-dan 29 aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə ( https://eservices.dim.gov.az/erizebak/cehd1/) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
12,200
Dövlət İmtahan Mərkəzi
25 de abr. de 2026, 17:34
📷 Photo
19 aprel saat 15:30-da DİM-in “Youtube” kanalı ( https://www.youtube.com/stateexamcenter) və "TikTok" hesabı ( https://www.tiktok.com/@dim.gov.az) vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilinən açıq tipli test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
Yayım zamanı imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları da təqdim olunacaq.
Şagird və abituriyentlər onları maraqlandıran sualları canlı yayım zamanı şərh bölməsinə yaza bilərlər. Test tapşırıqları ilə bağlı müraciət olunarkən bölmə, fənn, variant və tapşırığın nömrəsi dəqiq göstərilməlidir.
8,060
Dövlət İmtahan Mərkəzi
25 de abr. de 2026, 17:34
📷 Photo
Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. Namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 1-ci cəhdində iştirak etmək üçün Mərkəzin internet saytının http://ekabinet.dim.gov.az/ səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə http://epayment.dim.gov.az/ internet səhifəsində tanış ola bilərsiniz.
Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2026-cı il 13 apreldən 20 aprel saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə ( https://www.e-gov.az/az/services/read/3148/2) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdinin 2026-cı il mayın 3‑də keçirilməsi planlaşdırılır.
9,060
Dövlət İmtahan Mərkəzi
25 de abr. de 2026, 17:34
📷 Photo
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 1-dən başlanıb və 14 aprel saat 23:59-dək davam edəcək.
8,670
0
Dövlət İmtahan Mərkəzi
25 de abr. de 2026, 17:34
📷 Photo
Dövlət İmtahan Mərkəzi mayın 10-da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.
Bu imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır. İmtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur. Dövlət İmtahan Mərkəzi digər özəl qurumların keçirdikləri sınaq imtahanlarının məzmunu və təşkilinə cavabdehlik daşımır və abituriyentlərə yalnız Mərkəzin rəsmi sınaq imtahanında iştirak etmələrini tövsiyə edirik.
Sınaq imtahanına qeydiyyat 22 aprel saat 23:59-dək aparılacaq.
https://eservices.dim.gov.az/sinaq#
9,800
Dövlət İmtahan Mərkəzi
31 de mar. de 2026, 16:26
📷 Photo
Dövlət İmtahan Mərkəzi tərəfindən martın 9-da XI sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.
9 mart saat 15:30-da DİM-in “Youtube” kanalı ( https://www.youtube.com/stateexamcenter) vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilinən açıq tipli test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
Yayım zamanı imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları da təqdim olunacaq.
Şagirdlər onları maraqlandıran sualları canlı yayım zamanı şərh bölməsinə yaza bilərlər. Test tapşırıqları ilə bağlı müraciət olunarkən bölmə, fənn, variant və tapşırığın nömrəsi dəqiq göstərilməlidir.
15,600
Dövlət İmtahan Mərkəzi
31 de mar. de 2026, 16:26
📷 Photo
15 mart 2026-cı il tarixində Naxçıvanda keçirilməli olan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının vaxtı dəyişdirilib və aprelin 19-da təşkil olunacaq.
Şagirdlərin nəzərinə çatdırırıq ki, imtahanda iştirak etmək üçün buraxılış vərəqəsi imtahandan təqribən bir həftə öncə Mərkəzin saytına yerləşdiriləcək. Hazırda buraxılış vərəqəsini çap etmiş şagirdlər də həmin vaxt yenidən “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 6 mart saat 12:00-dək uzadılıb.
Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak etməlidirlər.
Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər 6 mart saat 12:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.
12,300
0
Dövlət İmtahan Mərkəzi
31 de mar. de 2026, 16:26
📷 Photo
15 mart tarixində buraxılış imtahanında iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni 6 mart saat 14:00-dan etibarən çap edə biləcəklər.
Martın 9-da imtahan verən və bu vaxta qədər “İmtahana buraxılış vərəqəsi”ni çap etməyən şagirdlər üçün də çap xidməti 6 mart saat 14:00-dan etibarən yenidən aktiv ediləcək.
13,400
0
Dövlət İmtahan Mərkəzi
31 de mar. de 2026, 16:26
📷 Photo
⏰️ İmtahan saat 11:00-da başlanır.
❗️İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
➡️ İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
📑Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
✅️İmtahana buraxılış vərəqəsi;
✅️Şəxsiyyəti təsdiq edən sənədin əsli:
📍Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı saytımızdan yükləyə bilərlər.
Bütün iştirakçılara uğurlar arzu edirik!
Ətraflı: https://shorturl.at/acSMo
12,600
Dövlət İmtahan Mərkəzi
31 de mar. de 2026, 16:26
📷 Photo
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün saat 23:59-da başa çatır.
Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak etməlidirlər.
Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər bu gün saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.
12,800
0
Dövlət İmtahan Mərkəzi
31 de mar. de 2026, 16:26
📷 Photo
https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov
12,600
0
Dövlət İmtahan Mərkəzi
31 de mar. de 2026, 16:26
📷 Photo
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2026-cı il fevralın 18-də başlanıb və 5 mart tarixinədək davam edəcək.
Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.
Ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytında “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və şifrəsindən istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Ətraflı: https://shorturl.at/TY2pC
Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən abituriyentlərə təqdim olunan linkə daxil olub qəbul elanları ilə tanış olmağı tövsiyə edirik.
11,200
Dövlət İmtahan Mərkəzi
31 de mar. de 2026, 16:26
📷 Photo
Dövlət İmtahan Mərkəzi 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanmaq imkanı təqdim edir.
Martın 16-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda “Peşə seçimi” testi keçiriləcək. Xatırladaq ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Siz bu testlərdən keçməklə gələcək ixtisasınızı müəyyən edə bilərsiniz.
Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:
1. Təfəkkür növləri üzrə test
2. Şəxsi xüsusiyyətlər testi
3. Peşə maraqları testi
Bu testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.
Testdə iştirak etmək üçün qeydiyyat 15 mart saat 23:59-dək davam edəcək.
Gələcəyinizi qurmaq və doğru peşə yolunu seçmək üçün ilk addımı bizim alətlə birlikdə atın!
Qeydiyyat linki: https://exidmet.dim.gov.az/elimt/peshe