🧠🤖🦾Süni intellektin ziyanları
Birinci qeyd edim ki, tam olaraq süni intellekt (AGI) hələ ki yaradılmayıb. Hal-hazırda kəşf etdiyimiz - neyron şəbəkələridir. Dərinliyə girsək isə - dil modelləridir.
Fərq oradadır ki, ChatGPT kimi neyron şəbkələrində şüur, təxəyyül, mənlik, dərrakə, düşüncə yoxdur. Və bütün mövcüd olan bilikləri də özünə yükləməyib. Amma çoxumuz onu ən ağıllı, insan və Tanrı arasında olan varlıq kimi qəbul edirik. Bu isə elə deyil. Hələ ki...
Ona görə, sual verəndə, onlar bütün onlara yüklənilən məlumatlara (yazılar, səslər, videolara) əsaslanaraq cavab verirlər. Bu tam olaraq düz olmaya bilər, əsasən də fəlsəfi mövzularda.
1. Ona görə fəlsəfi, mənəvi (sevgi, münasibət, seçim, qərar) suallarda yanıla bilərsiniz. Buna diqqət edin. Çalışın texniki, elmi, dəqiq suallar verin. Əsas emosional qərarları əldə edilən məlumatlara əsasən özünüz verin.
2. Səhv məlumat
Hətta texniki, elmi suallarda səhv məlumat da əldə edə bilərsiniz. Məsələn tibbdə. Çünki neyron şəbəkələri səhv, etibarsız və ya köhnə mənbəni seçə bilər. Nəticədə ziyan gələ bilər sizə.
3. Faydalı bilikləri qaçırma
Neyron şəbəkələri məlumatı mənbələrdən götürür, hər süni intellektdə baza fərqlidir. Çoxu axtarış sistemlərdəki saytlardan çəkir məlumatı.
İndi təsəvvür edin, siz maliyyə haqqında Forbes-də məqalə oxuyursunuz və əminsiniz ki, bunu nüvuzlu KİV yazıb, buna inanmaq olar. Süni intellektdə isə - mənbə dəqiq bilinmir. Ona görə səhv məlumat əldə edə bilərsiniz və ya, nə ondan daha vacibdir, dərin peşəkar məlumatını diqqətinizdən qaçıra bilərsiniz. Fərq var - kimdən təhsil almaq, Uoll-Strit canavarlarından yoxsa forumda şərh yazan naməlum şəxsdən.
Ona görə axtarış sistemlərini unutmayın. Hələ ki, ən dərin biliklər, peşəkar məqalələr oradadır.
4. Tənbəlləşmə
Necə ki, TikTok bizi öyrədib uzun sənədli filmə baxmamaq, uzun məqalə oxumamaq, elə də beyin deyir ki, axtarış sisteminə (Google) getmə, ChatGPT-yə yaz tez və qısa cavab verəcək.
5. Yaltaqlıq vs. ChatGPT məni başa düşür
Bəzən ChatGPT - sizin verdiyiniz suala eşitmək istədiyiniz cavabı verir. Çünki insanların cavab xoşuna gəlməyəndə cavaba şikayət atıb 👎 qoyur. Buna əsasən də süni intellekt çalışır elə cavab yazsın ki, xoşunuza gəlsin = eşitmək istədiyiniz olsun.
6. Öz fikri yoxdur, tənqidi düşüncəsi yoxdur
İnternetdən ortalanmış cavablar verir.
Süni intellekt köməkçidir. O kitablara, təhsilə, mentorlara, peşəkarlara əvəz deyil. Və hətta, o öz intellektinizə əvəz deyil. Ona güvənib öz zeyninizi geridə saxlamayın...
Böyük Şəxsiyyət ©️
#süni_intellekt
t.me/biznes_ugur | https://boyuk-shexsiyyet.com/?utm_source=tg&utm_medium=cp0&utm_campaign=bsh&utm_content=post_c | Qrup | Crypto Qazanc | 🚀
https://t.me/boost