Nenhuma avaliação ainda. Seja o primeiro a compartilhar sua experiência!
Últimos Posts
247press.news
11 de mai. de 2026, 23:17
📷 Photo
🇹🇷🇶🇦 Türkiyə Xarici İşlər naziri Hakan Fidan Qətərə səfər edəcək
"Reuters" agentliyinin məlumatına görə, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan çərşənbə aqşamı Dohaya səfər edəcək.
Mənbələr bildirir ki, sonuncu dəfə mart ayında Dohada olan və bu yaxınlarda iranlı həmkarı Abbas Araqçi ilə iki dəfə telefonla danışan Fidan, regional gərginlik fonunda Türkiyənin Qətərə dəstəyini bir daha təsdiqləyəcək.
Gözlənilir ki, Türkiyə diplomatiyasının rəhbəri Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi məsələsini də qaldıracaq və bu boğazın regional sabitlik, eləcə də dünya iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayacaq.
132
1
0
247press.news
11 de mai. de 2026, 23:17
📷 Photo
🇦🇿🇯🇵Yaponiya Yaxın Şərqdəki böhranın başlanğıcından bəri ilk dəfə Azərbaycandan neft alacaq
108
1
247press.news
11 de mai. de 2026, 23:17
❗️Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyindən bildirilib ki, mayın 9-da və 10-da ölkə ərazisində qeydə alınan 91, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
113
1
0
247press.news
11 de mai. de 2026, 23:17
🎥 Video
“Avroviziya” təmsilçimiz Jiva Vyanada yarışma ilə bağlı keçirilən firuzəyi xalçada görünüb.
132
1
0
247press.news
11 de mai. de 2026, 23:17
⚡️🇸🇾Suriya WUF13-ə nümayəndə heyəti göndərəcək
116
1
0
247press.news
11 de mai. de 2026, 23:17
🎥 Video
⚡️ Bakı–Masallı yolunda dəhşətli tıxac müşahidə olunur.
134
1
0
247press.news
11 de mai. de 2026, 23:17
📷 Photo
🇮🇳Hindistanın Baş naziri Narendra Modi valyuta ehtiyatlarını qorumaq məqsədilə hindistanlıları ən azı bir il müddətində qızıl almaqdan imtina etməyə çağırıb
Bu barədə “The Times of India” nəşri məlumat yayıb.
“Bir il ərzində səbəbindən asılı olmayaraq, qızıl-zinət əşyaları almamalıyıq”, - Baş nazir bəyan edib.
Modinin sözlərinə görə, Hindistan qızıl idxalına böyük həcmdə vəsait xərcləyir və buna görə insanlar vacib olmayan alış-verişlərdən çəkinməlidirlər.
O, həmçinin vətəndaşları yanacaq sərfiyyatını azaltmağa və zəruri olmayan xarici səfərlərdən imtina etməyə çağırıb.
Qeyd edək ki, qızıl neftdən sonra ölkənin idxal xərclərində ən böyük paya malikdir və Hindistan dünyada qızıl idxalına görə ikinci yerdədir.
137
247press.news
11 de mai. de 2026, 23:17
‼️Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb
Hadisə ötən gün şəhərin Nizami küçəsində qeydə alınıb.
Belə ki, 2024-cü il təvəllüdlü M. A. yaşadığı evin eyvanından ehtiyatsızlıqdan yıxılıb.
Xəstəxanaya yerləşdirilən körpə orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
139
2
0
247press.news
11 de mai. de 2026, 23:17
☀️Sabah Azərbaycanda 30 dərəcə isti olacaq
114
2
0
247press.news
11 de mai. de 2026, 23:17
📷 Photo
🇱🇧Livanın Baş naziri: İsraillə sülhü dəstəkləyirik, amma əvvəlcə tələblərimiz yerinə yetirilməlidir
Bunu Livanın Baş naziri Nəvaf Salam “Al Arabiya”ya müsahibəsində deyib.
“Biz sülhü dəstəkləyirik, amma bu sülhün şərtləri var. Bu, daha sonrakı mərhələdə çatacağımız məsələdir”, - Nəvaf Salam İsraillə aparılan danışıqların atəşkəs, yoxsa sülh sazişinə yönəldiyi barədə suala cavabında bildirib.
O vurğulayıb ki, hazırda Livan Vaşinqtonda İsraillə ilkin danışıqlar aparır və məqsəd daha geniş məzmunlu danışıqlara hazırlıqdır.
Baş nazirin sözlərinə görə, Livanın əsas tələbləri atəşkəsin əldə olunması, İsrail qüvvələrinin Livandan tam çıxarılması və döyüşlər zamanı saxlanılan livanlıların İsrail həbsxanalarından azad edilməsidir.
“Livanın tələbləri yerinə yetirildikdən sonra biz daha geniş çərçivədə sülh şərtlərinin müzakirəsinə açığıq, çünki bunun ərəb dövlətləri üçün nəticələri var”, - Baş nazir qeyd edib.
120
247press.news
30 de mar. de 2026, 13:53
📷 Photo
🇶🇦 Qətər 🇮🇷 İranın 🇰🇼 Küveytə hücumlarını pisləyib
Bu gün Qətər Xarici İşlər Nazirliyi İranın Küveytə hücumları ilə bağlı bəyanat yayıb.
Məlumata görə, Qətər XİN bəyanatda İranın Küveytdəki hərbi bazaya, elektrik stansiyasına və duzsuzlaşdırma zavoduna etdiyi hücumları qətiyyətlə pisləyib.
Bir neçə saat öncə İran mediası Küveytə raket və pilotsuz təyyarə hücumları barədə məlumat verib. (Independent Persian)
44
0
247press.news
30 de mar. de 2026, 13:53
🎥 Video
🔴 Trampın 39 il əvvəl dediyi "Dəniz piyadaları İranı ələ keçirəcək" sözləri İranla potensial müharibə təhlükəsi fonunda yenidən gündəmə gəlib.
55
2
0
247press.news
30 de mar. de 2026, 13:53
📷 Photo
🚌💥İstanbulda polisləri daşıyan avtobus qəzaya uğrayıb.
Qəza nəticəsində 1 polis əməkdaşı ölüb, 16-sı yaralanıb.
Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib. (APA)
47
1
247press.news
30 de mar. de 2026, 13:53
📷 Photo
🇮🇷🇮🇶 Müctəba Xameneinin yeni layihəsi: İran və İraq vahid dövlət olsun.
• İranın ali dini lideri Müctəba Xamenei "təcavüz qarşısında" İrana verdiyi dəstəyə görə İraq xalqına və dini liderlərinə təşəkkürünü bildirib.
• ABŞ və İsrailin məğlub ediləcəyi təqdirdə, İraq və İranın birləşərək vahid dövlət olması təklif edilib.
- RUSEN |
42
0
247press.news
30 de mar. de 2026, 13:53
🎥 Video
❗️Sumqayıtda, Y. Məmmədov küçəsində yerləşən mebel sexində yanğın baş verib.
Yanğın qısa müddətdə FHN qüvvələri tərəfindən söndürülüb.
40
0
0
247press.news
30 de mar. de 2026, 13:53
🇮🇷🗣️ "İran parlamenti ABŞ və İsrailin təcavüzündən sonra Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağı ciddi şəkildə nəzərdən keçirir.
🔻 Mövcud şərait nəzərə alınmaqla, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə üzvlüyü artıq məntiqli deyil və parlament üzvləri arasında mövcud olan fikir məhz belə görünür: bu hadisələrdən sonra bu cür məhdudiyyətləri qəbul etmək üçün heç bir səbəb yoxdur. Biz atom bombası hazırlamağa çalışmırıq, amma eyni zamanda, qaydalarla oynaya və bombalana bilmərik və nəticədə Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağın vaxtı gəlib çatıb".
- İslam Respublikası parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əlaəddin Burucerdi |
68
2
247press.news
30 de mar. de 2026, 13:53
📷 Photo
🆘🇮🇷 İran ABŞ, İsrail komandirlərinin və rəsmilərin qanuni hədəflər hesab edilən yerləri barədə xəbərdarlıq edib.
İranın Xatəmul-Ənbiya Mərkəzi Qərargahının sözçüsü xəbərdarlıq edib ki, ABŞ və İsrail hərbi komandirləri və hakimiyyət orqanlarının yerləşdiyi yerlər İslam Respublikasına qarşı davam edən təcavüz müharibəsinə cavab olaraq qanuni hədəf kimi qəbul ediləcək.
62
0
247press.news
30 de mar. de 2026, 13:53
📷 Photo
ABŞ yeni əməliyyata hazırlaşır: İranda 454 kq uran ələ keçiriləcək
Ətraflı linkdə
https://247press.news/abs-yeni-emeliyyata-hazirlasir-iranda-454-kq-uran-ele-kecirilc
ek/
65
0
247press.news
30 de mar. de 2026, 13:53
🎥 Video
🔴 Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedev:
"ABŞ-İsrailin Xameneiyə qarşı sui-qəsd cəhdindən sonra İranın sonda nüvə silahına sahib olacağına şübhə yoxdur".
57
1
0
247press.news
30 de mar. de 2026, 13:53
🎥 Video
🔴 Çinin paytaxtı Pekində psixoloji problemi olan şəxs tikinti maşını ilə bazar ərazisinə daxil olaraq avtomobilləri və piyadaları əzib.
▪️Hücum nəticəsində ən azı bir nəfər ölüb.
▪️Hadisədən sonra insanlar sürücünü avtomobildən çıxararaq döyüb.