◉ ABŞ-da bir ata və qız illərlə məşhur əsərləri saxtalaşdıraraq satdıqlarını etiraf ediblər
Polşa vətəndaşı olan bu şəxslər saxta rəsmləri Polşadakı bir rəssama sifariş verərək hazırladıblar.
Ata-bala, Andy Warhol, Banksy, Pablo Picasso, Richard Mayhew və başqa məşhur rəssamların 200-dən çox əsərini saxtalaşdırıblar. Bu üsul ilə ümumilikdə 2 milyon dollardan çox qazanc əldə ediblər.
Əsərlər hərraclara, rəsm qalereyalarına çıxardırılıb.
Onların fırıldağının üstü möhürdəki səhvlik səbəbilə üzə çıxıb. Deməli rəssam öz işini çox yaxşı görürmüş...
3,060
22
0
Albert Eynişeydi
26 de mai. de 2026, 07:21
📷 Photo
◉ "Apple" şirkəti istifadəçilərinə 250 milyon dollar təzminat ödəyəcək
Bunun səbəbi smartfonlar təqdim edilərkən verilən Süni İntellekt vədlərinin yerinə yetirilməməsidir. Məhkəmə bunu "aldadıcı reklam" hesab edib və şikayətçilərə təzminat ödənilməsinə qərar verib.
iPhone 15 və iPhone 16 alan hər istifadəçi hazırda şikayətini bildirərək "Apple"-dan 95 dollara qədər ödəniş ala bilər.
◉ Smartfonlar üçün yeni dövr başlayır. Nokia dövrünə qayıdırıq...
Avropa İttifaqı 2027-ci ildən etibarən bütün smartfonlarda istifadəçi tərəfindən dəyişdirilə bilən və daha uzunömürlü batareyaların olmasını tələb edir.
📌İstehsalçılar, eyni zamanda, aşağıdakı öhdəlikləri yerinə yetirməli olacaqlar:
* Ən az 7 il boyunca ehtiyat hissələri, təmir alətləri və texniki xidmət təlimatlarını təmin etmək.
* Cihazların zərbələrə, suya, toza və ümumi aşınmaya qarşı daha yüksək davamlılıq standartlarına cavab verməsi.
Bu qərarla istifadəçilərin təmir hüququnu bərpa edirlər. Ekologiya üçün də çox faydalıdır.
Məncə, əla qərardır. 👏
2,530
Albert Eynişeydi
26 de mai. de 2026, 07:21
◉ Süni İntellekt 9 saniyədə şirkətin bütün məlumatlar bazasını silib
Bu qəribə və qorxulu hadisə "PocketOS" şirkətinin başına gəlib və texnologiya dünyasında gündəm olub.
Səhvi edən Sİ modeli bu sahədə ən yaxşı model hesab edilən "Claude Opus 4.6"-dır. Süni intellekt vasitəsi təsdiq gözləmədən öz təxmini ilə hərəkət edərək bütün şirkət məlumatlarını 9 saniyəyə silib.
#Sİ #TechNews #PocketOS #Süniİntellekt #CyberSecurity
◉ Alimlər Beynəlxalq Kosmik Stansiyasının xarici səthinə mamır yapışdırıblar və həmin mamır 286 gün sağ qalıb...
Hokkaido Universitetinin alimləri tərəfindən həyata keçirilən bu qeyri-adi təcrübənin detalları:
🍃"Physcomitrium" mamırı güclü radiasiya və -120°C-dən +100°C-dək dəyişən temperatura davam gətirə bilib.
🍃 286 gündən sonra Yerə qaytarılan mamır sporlarının 86%-i yenidən cücərərək böyüməyə davam edib.
🍃 Tədqiqatın rəhbəri Tomomiçi Fujita bildirir ki, mamırın spor kapsulları onu xarici təsirlərdən qoruyan mükəmməl bir bioloji qalxan rolunu oynayır. Alimlər sağ qalma ehtimalını sıfıra yaxın gözləsələr də, nəticə tamamilə əksinə oldu.
🍃 Bu kəşf göstərdi ki, gələcəkdə Ay və ya Marsda ekosistem qurarkən ilk "məskunlaşanlar" kənd təsərrüfatı bitkiləri deyil, məhz bu cür dözümlü mamır növləri ola bilər. Hesablamalar göstərir ki, bu kiçik hüceyrələr heç bir xüsusi qorunma olmadan açıq kosmosda 5600 günə qədər yaşaya bilər.
🍃Hesablamalar göstərir ki, bu kiçik hüceyrələr heç bir xüsusi qorunma olmadan açıq kosmosda 5600 günə qədər yaşaya bilər.
2,310
27
Albert Eynişeydi
26 de mai. de 2026, 07:21
◉ NASA-nın Curiosity roveri Marsın Qeyl kraterində yeni üzvi birləşmələr tapıb
Həmin qeyri-üzvi birləşmələrdən beşi Marsda ilk dəfədir tapılır. Bu üzvi maddələrin ən azı 3.5 milyard il yaşı var. Alimlər hələ ki birbaşa "həyat tapıldı" demirlər, lakin bu tapıntılar Marsın vaxtilə yaşayış üçün əlverişli olduğunu göstərir.
◉ BYD-nin "9 dəqiqədə tam şarj" texnologiyası ABŞ-dəki rəqiblərini qorxuya salıb...
Çin avtomobil nəhəngi qlobal bazarda qaydaları yenidən yazır.
🔋 Ultra-sürətli şarj: Yeni nəsil batareyalar cəmi 9 dəqiqəyə tam şarj olur.
🛣 Rekord məsafə: Avtomobillər tam şarjla 1000 km-dən çox məsafə qət edə bilir.
🇺🇸 ABŞ-nin sərt reaksiyası: "Ford" şirkətinin baş direktoru texnoloji cəhətdən geridə qalma riskini açıq şəkildə etiraf edərək belə bir təklif edib: O, Çin elektromobillərinin ABŞ sərhədlərindən içəri buraxılmamalı olduğunu bildirib.
Texnologiyanı inkişaf etdirmək❌
Qadağalar qoymaq ✅
Çox məntiqsiz görünür 😅
◉ Nyu-Yorkda bir qəbiristanlığın altında 5.5 milyon arının yaşadığı kəşf edildi
🐝 Bu, dünyanın ən böyük arı koloniyalarından biridir. Burada yaşayan arı növü pətəkdə yox, torpağın altında yuva qurur. Onlar meyvə ağaclarını tozlandırmaqda mühim rol oynayırlar.
🔎 Arıların qəbiristanlığa yuva qurmaq səbəbi - şəhərdə çox yerin betonlaşması və buraya insanların az müdaxilə etməsidir.
#Arılar #Təbiət #Elm #Ekologiya #NewYork
◉ Aralıq dənizinin ən dərin nöqtəsinə enən tədqiqatçılar orada heç gözləmədikləri bir şeylə rastlaşdılar - ZİBİL
"Limiting Factor" adlı sualtı qayıqla 5112 metr dərinlikdəki Kalipso çökəkliyinə enən tədqiqatçılar dənizin dibində 160-dan çox zibil qalıntısı tapıblar.
Araşdırma göstərir ki, artıq insan əli çatmayan yerləri belə zibilləməyi bacarmışıq...
✅
◉ Bayram şirniyyatlarının kalori miqdarı (100 qram üçün) və həzm müddəti
2,600
32
Albert Eynişeydi
2 de abr. de 2026, 06:25
◉ “Pokemon Go” oyununu xatırlayırsınız. Bir ara çox məşhur olmuşdu. Camaat küçə-küçə düşüb Pokemon axtarırdı.
İndi həmin oyunla bağlı yeni xəbər var. Oyunu yaradan şirkət “Niantic” insanların küçələrdə çəkdiyi görüntüləri istifadə edirmiş. Şirkət həmin görüntüləri yeni nəsil avtonom çatdırılma robotlarını öyrətmək üçün istifadə edib.
1 daşla 2-3 dənə quş vurublar. Həm pul qazanıblar, həm də insanları pulsuz formada işçilərinə çevirib, küçə-küçə gəzdirib görüntü toplayıblar.
◉ Marsı kəşf etməyə davam edən "Curiosity" kosmik səyyah aparatı təsadüfən belə bir qaya hissəsini əzib. Qayanın içindən saf kükürd kristialları üzə çıxıb.
Marsda əvəllər kükürd tərkibli duzlar tapılıvb, düzdür. Amma ilk dəfədir ki, təmiz, elementar kükürd üzə çıxıb.
Kəşfdən əvvəl alimlər həmin ərazida saf kükürdün yaranması üçün şəraitin olmadığını düşünürdülər. Bu kəşf Marsın geoloji keçmişi haqqında hələ də bilmədiyimiz ciddi proseslərin olduğunu göstərir.
Kükürd bütün canlılar üçün vacib elementdir. Bu tapıntı Marsın bir vaxtlar yaşayış üçün yararlı şəraita sahib olduğunu göstərə bilər.
◉ Yaponiyada qeyri-adi hadisə...
Osaka şəhərinin sakinləri gecə yatıb səhər durublar ki, şəhərdə yolun ortasında belə bir şey var - Nəhəng bir boru torpağı və asfaltı parçalayaraq 13 metr yüksəyə qalxıb…
https://youtube.com/shorts/jyAc1EaSRMo?si=e1T6MEyDE3-WgbmC