👨🏻🎓Abituriyent və Tələbə portalı
🔹Təhsildə olan ən son yenilikləri bizdən öyrənin✔️
🔹Tələbə və Abituriyentlər üçün vəsaitlər burada
📌Birlik Team - @BirlikTeam1
Admin - @BirlikTeamAdmin
Follow @BirlikTeamXeberler to stay updated with the latest vsaitlr and portal trends and news
Nenhuma avaliação ainda. Seja o primeiro a compartilhar sua experiência!
Últimos Posts
Birlik Team - Xəbərlər
26 de mai. de 2026, 01:47
📷 Photo
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb.
Bu ildən etibarən "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu aparılmayacaq. Abituriyentlərin nəzərinə çatdırırıq ki, cari tədris ilinin qəbul planına uyğun olaraq aşağıda göstərilən komissiyalar da fəaliyyət göstərməyəcək.
6401 – fiziki tərbiyə müəllimliyi (11 illik təhsil bazası üzrə);
152 – fiziki tərbiyə müəllimliyi (9 illik təhsil bazası üzrə).
Qabiliyyət imtahanları ilə bağlı daha ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını mütəmadi izləmək tövsiyə olunur.
1,520
0
0
Birlik Team - Xəbərlər
26 de mai. de 2026, 01:47
📷 Photo
Aprelin 19-da keçirilən qəbul imtahanının I mərhələsində iştirak edən əvvəlki illərin məzunları üçün sorğu
Dövlət İmtahan Mərkəzi əvvəlki illərin məzunları üçün 19 aprel 2026-cı il tarixində keçirilimiş ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsində iştirak edən abituriyentlərin imtahan təcrübəsinin öyrənilməsi məqsədilə onlayn sorğu keçirir.
Sorğunun keçirilməsində əsas məqsəd imtahan prosesi ilə bağlı iştirakçıların fikirlərini öyrənmək və ümumi məmnunluq səviyyəsini qiymətləndirməkdir. Əldə olunacaq nəticələr imtahanların təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində istifadə olunacaq.
Sorğuda 19 apreldə imtahan verən əvvəlki illərin abituriyentləri iştirak edə bilərlər. Dövlət İmtahan Mərkəzi həmin abituriyentləri sorğuda fəal iştirak etməyə dəvət edir.
https://eservices.dim.gov.az/BRXV/Sorgu linkində müvafiq məlumatları daxil edib sorğuda iştirak edə bilərsiniz!
1,450
Birlik Team - Xəbərlər
26 de mai. de 2026, 01:47
📷 Photo
Dövlət İmtahan Mərkəzi tərəfindən 17 may 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aşağıdakı imtahanların keçirilməsi nəzərdə tutulub.
1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;
5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.
1,420
Birlik Team - Xəbərlər
26 de mai. de 2026, 01:47
📷 Photo
https://e-gov.az/az/services/read/2516/2
1,820
0
Birlik Team - Xəbərlər
26 de mai. de 2026, 01:47
📷 Photo
İmtahan iştirakçılarının nəzərinə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 3-də və daha sonrakı tarixlərdə, eləcə də iyun, iyul, avqust və sentyabr aylarında kağız daşıyıcılar vasitəsilə keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.
İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.
Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Hər hansı bir imtahan üçün buraxılış vərəqəsi imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir.
2,440
Birlik Team - Xəbərlər
26 de mai. de 2026, 01:47
5 aprel tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.
Elektron ərizələrin qəbulu 2 avqust 2026-cı il tarixinədək internet vasitəsilə aparılır.
Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/oOCpB linkinə daxil ola bilərsiniz.
1,630
0
Birlik Team - Xəbərlər
26 de mai. de 2026, 01:47
🚨 ÜMUMİ BİOLOGİYA ÜZRƏ 0-DAN DƏRSLƏR BAŞLAYIR!!
✅İmtahana az qalıb deyə gec olduğunu düşünənlər üçün ideal fürsət.
✅Hazırlıq təsadüfi deyil — sistemli proqram, nəzarətli çalışma planı və imtahan yönümlü metodika ilə aparılır. ✅Məqsəd qısa müddətdə nəticəni maksimum səviyyədə artırmaqdır.
Hazırlıq prosesində:
🔹 Mövzular sıfırdan və aydın şəkildə izah olunur
🔹 Testlər sadəcə yoxlanmır — analiz edilir
🔹 Qəbul və digər bütün DİM tipli suallar üzərində işlənir
🔹 Şagirdin zəif tərəfləri müəyyən edilərək gücləndirilir
🔹 Daimi yoxlama və nəticə izlənməsi aparılır
🔹 Bu proqram xüsusilə tibb və yüksək bal hədəfləyən şagirdlər üçün uyğundur.
🔋NƏTİCƏYƏ 100% ZƏMANƏT
📍 Zəif baza problem deyil
📍 Gec başlamaq problem deyil
📍 Əsas olan düzgün sistemlə işləməkdir
💌 Yerlər məhduddur!
📌 Qeydiyyat üçün: 051-360-95-09
Instagram: https://t.me/biologiya.dim.hazirliq
⚡️❗️9 nəfər abituriyent maksimal - 300 bal toplayıb
1,550
2
Birlik Team - Xəbərlər
10 de mai. de 2026, 23:46
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 27 aprel saat 10:00-dan 29 aprel saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
1,060
2
0
Birlik Team - Xəbərlər
10 de mai. de 2026, 23:46
📷 Photo
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında maksimal bal- “300 bal” toplayan abituriyentlərin illərə görə say statistikası.
Qeyd: Məlumatlar Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən əldə edilib.
Bəs sizcə 19 aprel imtahanında neçə nəfər “300 bal” toplaya biləcək?
Qeyd: 2026-cı il üçün 1 buraxılış imtahanının nəticəsi (19 aprel) elan olunmadığı üçün * işarəsi qeyd edilib.
1,420
2
Birlik Team - Xəbərlər
10 de mai. de 2026, 23:46
📷 Photo
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 29 aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə ( https://eservices.dim.gov.az/erizebak/cehd1/) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 18 fevral – 5 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb.
1,110
Birlik Team - Xəbərlər
10 de mai. de 2026, 23:46
📷 Photo
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.
1,440
4
Birlik Team - Xəbərlər
10 de mai. de 2026, 23:46
📷 Photo
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin I mərhələsinin nəticələri artıq məlumdur.
Nəticələrlə http://kenquru-2026.az/ saytında tanış olmaq mümkündür.
Nəticələr elan olunduqdan sonra 3 gün ərzində müraciətlərə baxılacaq. Reytinq sıralaması müraciətlər bitdikdən sonra təqdim ediləcək.
Şagirdlər daha sonra müsabiqənin saytından elektron diplom və sertifikatlarını əldə edə biləcəklər.
Qeyd edək ki, müsabiqənin final mərhələsinin tarixi barədə yaxın günlərdə məlumat veriləcək.
I mərhələnin siniflər üzrə finala keçid balları ilə tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:
https://arti.edu.az/wp-content/uploads/2026/04/Kenquru-Beynəlxalq-Riyaziyyat-Musabiqəsi-I-mərhələ-kecid-ballari.pdf
#ARTİ #TTM #MÜTDA #Kenquru2026 #BeynəlxalqRiyaziyyatMüsabiqəsi
1,110
Birlik Team - Xəbərlər
10 de mai. de 2026, 23:46
📷 Photo
“Əlaçı” televiziya layihəsinin seçim turuna qeydiyyat başladı
İctimai Televiziyada yayımlanan “Əlaçı” intellektual televiziya layihəsinin yeni mövsümü üçün seçim turuna qeydiyyat elan edilir.
Layihənin yeni mövsümündə yalnız ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdlərinin iştirakı nəzərdə tutulur. Müvafiq sinifdə təhsil alan şagirdlər qeydiyyatdan keçməklə seçim turunda iştirak hüququ əldə edirlər.
Seçim turu 25 aprel 2026-cı il tarixində Bakı şəhəri ilə yanaşı, 11 regionu əhatə etməklə ümumilikdə 12 şəhərdə eyni vaxtda təşkil olunacaq.
Qeyd edək ki, seçim turunda iştirak ödənişsizdir. İştirakçılardan seçim mərhələsində yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur.
🔗 Qeydiyyat üçün link: https://forms.gle/5hfaJev2876RYEWo8
#MÜTDA #EduAz #Əlaçı
1,130
Birlik Team - Xəbərlər
13 de abr. de 2026, 23:46
📷 Photo
Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə bağlı qeyri-iş günlərinin vaxtı müəyyən edilib
Oxu.az-a istinadən xəbər veririk ki, bu il Qurban bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı, may 28-də ölkədə Müstəqillik Günü də qeyd olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, Əmək Məcəlləsinə uyğun olaraq, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbi ilə əlavə istirahət günü verilib. Bu səbəbdən 29 may da qeyri-iş günü elan olunub.
Nəticədə, beşgünlük iş qrafiki ilə çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri istirahət günləri olacaq.
Onu da qeyd edək ki, 9 May - Faşizm üzərində Qələbə Günü bu il şənbə gününə təsadüf edir. Bu səbəbdən 11 may tarixi də qeyri-iş günü kimi müəyyənləşdirilib.
Həmçinin Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərində iş saatı bir saat azaldılır.
Beləliklə, həftəsonları ilə birlikdə may ayında ümumilikdə 14 gün iş olmayacaq.
#bakutv #bakutvxeber #sonxeberler #qeyriişgünləri
1,180
Birlik Team - Xəbərlər
13 de abr. de 2026, 23:46
📷 Photo
Dövlət İmtahan Mərkəzi 9 və 15 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarından sonra iştirakçıların imtahan təcrübəsinin öyrənilməsi məqsədilə onlayn sorğu keçirir.
Sorğunun keçirilməsində əsas məqsəd imtahan prosesi ilə bağlı iştirakçıların fikirlərini öyrənmək və ümumi məmnunluq səviyyəsini qiymətləndirməkdir. Əldə olunacaq nəticələr imtahanların təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində istifadə olunacaq.
Sorğuda 9 və 15 mart tarixlərində buraxılış imtahanı verən şagirdlər iştirak edə bilərlər. Dövlət İmtahan Mərkəzi bütün imtahan iştirakçılarını sorğuda fəal iştirak etməyə dəvət edir.
Verilən keçiddə sorğu bölməsində iş nömrəsi (8 rəqəmli şagird kodu), soyad, ad və ata adınızı müvafiq hissələrə daxil edib sorğuda iştirak edə bilərsiniz!
https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov
1,370
Birlik Team - Xəbərlər
13 de abr. de 2026, 23:46
📷 Photo
1 AYLIQ ÖDƏNİŞSİZ EXCEL TƏLİMİ!
"HR Academy" Təlim Mərkəzi tələbələr üçün xüsusi olaraq 1 aylıq ödənişsiz “Excel” təlim proqramı təqdim edir. 😎
Bu təlimdə sən:
✅ Pivot Table
✅ Cədvəllərlə işləmə
✅ Funksiyalar
✅ Macros
kimi əsas Excel alətlərinə peşəkar şəkildə yiyələnəcəksən.
📍 Format: Onlayn
📆 Qrafik: Həftədə 2 dəfə
⏳ Müddət: 8 dərs – 1 ay
Təlimdə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir!
Əlaqə və qeydiyyat üçün: https://wa.me/994775197477
1,110
3
Birlik Team - Xəbərlər
13 de abr. de 2026, 23:46
📷 Photo
Fizikanı Peşəkarından Öyrənin! 🚀
Blok imtahanına sayılı günlər qaldı. Fizikanı yük yox, ən güclü tərəfinizə çevirmək istəyirsinizsə, doğru ünvandasınız:
✅ Respublika birincisi (700 bal) Nigar Ağazadənin müəllimi;
✅ Hər il 100% qəbul və onlarla 30/30 nəticə;
✅ Proqram: Aprel ayından etibarən həftədə 4 dəfə intensiv hazırlıq.
Sürət qrupumuza qoşularaq ən qısa müddətdə ən yüksək nəticə əldə edin!
1,360
0
Birlik Team - Xəbərlər
13 de abr. de 2026, 23:46
📷 Photo
Ödənişsizdir!
Artıq bir müddətdir ki, imtahana hazırlaşan abituriyentlərlə birlikdə reading və listening problemini həll etmək üçün tam fərqli üsullarla mətnlər işləyirik.
Yalnız DİM lüğətinin sözlərindən ibarət mətnlərlə heç yerdə işləmədiyin qədər reading və listening işləmək və bu problemi bir dəfəlik həll etmək üçün bizə qoşul.
Həm mətnlərlə işləyəcəyik, həm də reading və listening üçün lazım olan trickləri öyrənəcəksiniz. İmtahanda 100% nəticə göstərmək istəyən hər kəs layihəmizə dəvətlidir.
Qoşulmaq üçün linklər
Tg: https://t.me/+tLypoMYVqeU1OGY6
Wp: https://chat.whatsapp.com/DVfyPOdngvk5XbTBsEb3NX
Instagram: https://www.instagram.com/vocabulary_teacher_leyla/
Sual: Mən 9 mart (və ya 15 mart) DİM-in buraxılış imtahanında 3 fəndən (Azərbaycan (rus) dili,riyaziyyat və xarici dil) birlikdə təxmini 100 baldan aşağı bal toplamışam. Mən I cəhd blok imtahanında iştirak edə bilərəm?
Cavab:
Buraxılış imtahanında topladıqları baldan asılı olmayaraq, (hər bir fənn üzrə 0 bal olsa belə) abituriyentlər qəbul imtahanının 2-ci mərhələsi,yəni I,II,III və IV ixtisas qrupları üzrə blok imtahanında iştirak edə bilərlər.
Xüsusi qeyd: Qəbul imtahanının 2-ci mərhələsinin I,II,III və IV ixtisas qrupları üzrə I cəhd blok imtahanında iştirak edə bilmək üçün qeydiyyat 16-29 aprel 2026-cı il tarixlərində aparılacaq.
I cəhd blok imtahanı tarixləri:
https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov
Digər əlavə məlumatlar Dövlət İmtahan Mərkəzi tərəfindən rəsmi şəkildə elan olunacaq.
Hər birinizə uğurlar arzu edirəm!
Vüsət Əzizov
1,780
Birlik Team - Xəbərlər
13 de abr. de 2026, 23:46
📷 Photo
⚡️Azərbaycanda bu il "Son zəng" tədbiri iyunun 14-də deyil, 12-də keçiriləcək.
Bu dəyişiklik tədris ili üçün təsdiqlənmiş məktəb təqvimində öz əksini tapıb.
Tədbirin tarixinin irəli çəkilməsinə səbəb 14 iyunun qeyri-iş günü olmasıdır.
Beləliklə, ümumtəhsil müəssisələrində ənənəvi "Son zəng" mərasimi bu il iyunun 12-də baş tutacaq.
1,670
4
Birlik Team - Xəbərlər
13 de abr. de 2026, 23:46
📷 Photo
8-10-cu siniflər üçün Yeni İngilis Dili Qrupları Açılır!
DİM-in 2027-ci il buraxılış imtahanı modelində ingilis dili daha da çətinləşir.
Məhz buna görə dərslərimi sadə, sistemli və nəticəyə yönəlik şəkildə keçirəm.
📚 Mövzuları şəkilli və sadə izahlı slaydlarla izah edilir
🎨 Rəngli və maraqlı materiallarla dərslər daha yadda qalan edilir
🎧 Şagirdlər listening tapşırıqları ilə dinləmə bacarığını inkişaf etdirir
📖 Reading məşqləri ilə mətnləri daha rahat anlamağı öyrənir
✏️ Qrammatika sadə və başa düşülən şəkildə izah edilir
📈 Sistemli proqram sayəsində şagird qısa müddətdə nəticə görməyə başlayır
Şagird ingilis dilini anlayaraq öyrənir, mətnləri rahat oxuyur, esse yazmağı bacarır və imtahanda özünə daha çox güvənir.
Yerlər məhduddur.
Ətraflı məlumat və qeydiyyat üçün mesaj yaza bilərsiniz. ✉️
Müəllim : Gülçin Aliyeva
Whatsapp: +7-953-467-56-24
Instagram: https://t.me/ingilisdili.g.a
Birlik Team - Xəbərlər
13 de abr. de 2026, 23:46
Bu il Novruz və Ramazan bayramı eyni günə təsadüf etdiyi üçün Birlik Team komandamız adından sizləri təbrik edir və bu əlamətdar gündə hər birinizə möhkəm can sağlığı, süfrələrinizə ruzi-bərəkət, qəlblərinizə nur və sevinc arzulayıram. Qoy birlik, sevgi və ümid hər zaman yol yoldaşınız olsun! Hər iki bayramınız mübarək! 🤍
49,000
24
0
Birlik Team - Xəbərlər
2 de abr. de 2026, 14:22
📷 Photo
Dövlət İmtahan Mərkəzi 9 və 15 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarından sonra iştirakçıların imtahan təcrübəsinin öyrənilməsi məqsədilə onlayn sorğu keçirir.
Sorğunun keçirilməsində əsas məqsəd imtahan prosesi ilə bağlı iştirakçıların fikirlərini öyrənmək və ümumi məmnunluq səviyyəsini qiymətləndirməkdir. Əldə olunacaq nəticələr imtahanların təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində istifadə olunacaq.
Sorğuda 9 və 15 mart tarixlərində buraxılış imtahanı verən şagirdlər iştirak edə bilərlər. Dövlət İmtahan Mərkəzi bütün imtahan iştirakçılarını sorğuda fəal iştirak etməyə dəvət edir.
Verilən keçiddə sorğu bölməsində iş nömrəsi (8 rəqəmli şagird kodu), soyad, ad və ata adınızı müvafiq hissələrə daxil edib sorğuda iştirak edə bilərsiniz!
https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov
983
Birlik Team - Xəbərlər
2 de abr. de 2026, 14:22
📷 Photo
Torpaq çərşənbəsi yurdumuza gözəl günlər, süfrələrinizə bol ruzi-bərəkət gətirsin! 🌱
#ElmVəTəhsilNazirliyi #EduGovAz #Novruz #TorpaqÇərşənbəsi