Nenhuma avaliação ainda. Seja o primeiro a compartilhar sua experiência!
Últimos Posts
Azərbaycan Tələbələri
11 de mai. de 2026, 13:47
🎥 Video
🌍 Xaricdə təhsil arzunu bizimlə reallaşdır!
🎓 Tək attestat və bakalavr diplomu ilə istədiyin ixtisas üzrə dünyanın nüfuzlu ali təhsil müəssisələrinə 100% rəsmi qəbul imkanı!
✅ Hərbi xidmətdən möhlət hüququ
✅ Rəsmi qəbul məktubu
✅ Təhsil + gələcək karyera fürsətləri
✅ Peşəkar konsultasiya və tam dəstək
Gələcəyini bu gündən qur!
📩 Bizə yaz, ilk addımı indi at!
Əlaqə: 055 221 13 89
615
0
0
Azərbaycan Tələbələri
11 de mai. de 2026, 13:47
📷 Photo
10 May – Ümummilli Lider Heydər Əliyevin doğum günü 🇦🇿
Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayır. Onun Azərbaycan dövləti və xalqı naminə göstərdiyi misilsiz xidmətlər heç zaman unudulmayacaq.
Ulu Öndərin işıqlı ideyaları və zəngin dövlətçilik irsi bu gün də ölkəmizin inkişaf yoluna işıq tutur.
Əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. 🕊️
585
5
Azərbaycan Tələbələri
11 de mai. de 2026, 13:47
📷 Photo
🎓 Əziz tələbələr dərs yükünüzü bizimlə yüngülləşdirin !
Niyə məhz biz ? 🤔
● Yüksək nəticə
● Keyfiyyətli iş
● Vaxtında təhvil
● Professional yanaşma
● Düzgün planlama
● 💯 % nəticə
● Ədəbiyyatdan geniş istifadə
Xidmətlərimiz
⬇️
✅ Dissertasiya
✅ Diplom işi
✅Referat
✅ Kurs işi
✅Məqalə
✅Təqdimat
✅Tərcümə
✅Slayd
✅Əlyazma işlərin yazılması
✅CV və.s
📌Peşəkar işçilərimiz tərəfindən yüksək səviyyədə elmi işlərin hazırlanması !
🎓Tələbələrə uyğun sərfəli qiymət və endirimlər !
🟢 Əgər sizdə yüksək nəticə istəyirsinizsə doğru ünvandasınız !
📞 055 221 97 02
755
1
Azərbaycan Tələbələri
11 de mai. de 2026, 13:47
🎥 Video
Gəncə Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində, Tarix və coğrafiya fakültəsində uğurla fəaliyyət göstərən “Tarixin İzləri” klubu tərəfindən 06.05.2026-cı il tarixində Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri olan İsrafil Məmmədov adına ev muzeyinə maarifləndirici və yadda qalan ekskursiya təşkil olundu.
Ekskursiya zamanı iştirakçılar qəhrəmanın həyat yolu, göstərdiyi igidlik nümunələri və Vətən uğrunda apardığı mübarizə ilə yaxından tanış oldular. Muzeydə nümayiş olunan eksponatlar, şəxsi əşyalar və tarixi materiallar tələbələrdə böyük maraq və qürur hissi oyatdı.
Ekskursiyada Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov və fəal tələbə heyəti iştirak edərək ekskursiyanın daha səmərəli və maarifləndirici keçməsinə töhfə verdilər. Verilən məlumatlar sayəsində tələbələr hadisələrə daha dərindən yanaşmaq imkanı qazandılar.
📍 Tariximizi öyrənək, yaşadaq və gələcəyə daşıyaq!
823
Azərbaycan Tələbələri
11 de mai. de 2026, 13:47
📷 Photo
9 May — Faşizm üzərində Qələbə Günüdür!
Bu gün azadlıq uğrunda canından keçən qəhrəmanları hörmət və ehtiramla anırıq.
841
12
Azərbaycan Tələbələri
11 de mai. de 2026, 13:47
📷 Photo
Xeyirli olsun!
808
0
Azərbaycan Tələbələri
11 de mai. de 2026, 13:47
🎥 Video
21:00-da hər kəsi canlı yayıma gözləyirik!
Ümumi təhsil məsələləri üzrə mütəxəssis ekspert Rəvan Əliyev keçid balları və 9 illik kolleclərə qəbul şərtləri haqqında məlumat verəcək.
Canlı yayım linki: https://www.tiktok.com/@azetelebe?_r=1&_t=ZS-96C53tQ4t5Y
878
1
Azərbaycan Tələbələri
11 de mai. de 2026, 13:47
📷 Photo
Təbriklər!
678
3
Azərbaycan Tələbələri
11 de mai. de 2026, 13:47
📷 Photo
Diqqət!
873
0
Azərbaycan Tələbələri
11 de mai. de 2026, 13:47
📷 Photo
Əhsən
773
3
Azərbaycan Tələbələri
25 de abr. de 2026, 17:15
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbinin şagirdi Qayıbova Emiliya Vitalik qızı da maksimum 300 bal toplayanlar sırasındadır.
Qusar rayonu Yuxarı Zeyxur kənd orta məktəbinin XI sini şagirdi Emiliya Qayıbova qeyd edir ki, uğurunun əsas səbəbi öz üzərində çox çalışmağı olub: "Mən öz məktəbimdə müəllimlərimin tədrisi ilə hazırlaşmışam, əlavə repetitor yanına getməmişəm. Məktəbimizdə kifayət qədər gözəl təhsil verildiyi üçün uğurum müəllimlərimin və zəhmətimin nəticəsidir. Aşağı siniflərdən yaxşı bünövrə qoyduğum üçün imtahanda mənə çətin olmadı".
Emiliya IX sinif buraxılış imtahanında 297 bal toplayıb. "Bir sualda səhvim olduğu üçün IX sinifdə 300 bal toplaya bilməmişdim. Çox sevinirəm ki, indi arzumu həyata keçirə bildim. Cavablar açıqlanmamışdan yüksək nəticə gözləyirdim. Sadəcə şübhə etdiyim açıq tipli suallar var idi. 300 bal topladığımı böyük bir sevinc hissi ilə qarşıladım. Yanımda valideynlərim var idi, onlarda olduqca sevindilər".
Emiliya bu il riyaziyyat fənni üzrə RFO-nun final mərhələsində iştirak edib. Riyaziyyat fənni üzrə nəticələr hələ açıqlanmadığı üçün nəticəni bilməsə də, medal qazanacağına böyük ümid bəsləyir: "Sevdiyim fənlər arasında ən başda riyaziyyat durur. RFO-ya hazırlıqda riyaziyyat müəllimim Elşən Kərimovun böyük zəhməti var. Texniki fənlərə yönümlüyəm, fizika, informatika kimi fənlərə xüsusi maraq göstərirəm. I ixtisas qrupu üzrə "Kompüter elmləri" ixtisasına hazırlaşıram. Ali məktəb seçimim hələ dəqiq yoxdur, yaxın gələcəkdə seçim edəcəm. Gələcəkdə proqramçı olaraq yaxşı mütəxəssis olmağı arzu edirəm, bu sahə üzrə uğur qazanmağı hədəfləmişəm".
Uğurlu şagird abituriyentlərə öz üzərlərində səylə çalışmağı, uğur qazanacaqlarına inanmalarını məsləhət görür: "Bütün uğurların səbəbi çox çalışmaqdan gəlir".
Azərbaycan Tələbələri
25 de abr. de 2026, 17:15
📷 Photo
Martın 15-də keçirilən buraxılış imtahanında ən yüksək nəticə göstərərək 300 bal toplayan 9 abituriyentdən biri də Nəslihan Məmmədovadır . O, Bakı şəhərində yerləşən Humanitar fənlər təmayüllü liseyin şagirdidir.
Nəslihan bildirib ki, imtahandan maksimum nəticə gözləyirmiş və bu hədəfinə nail olub. O, 9-cu sinif buraxılış imtahanında 286 toplayıb.
Gələcək planlarından danışan Nəslihan qeyd edib ki, I ixtisas qrupu sənəd verib. Əsas arzusu mühəndis olmaqdır.
Sonda o, digər şagirdlərə də tövsiyələrini bölüşüb: “Nə olursa-olsun, ruhdan düşməsinlər. Çox test işləsinlər və etdikləri səhvlər üzərində mütləq çalışsınlar. Mənim uğur devizim budur: ‘Səhvlər hələ də çox çalışdığınızın sübutudur”.
574
Azərbaycan Tələbələri
25 de abr. de 2026, 17:15
🎥 Video
Qarabağ Universitetinin bufetində bu gün təqdim olunan qidalar😍
Qarabağ Universitetinin tələbələri səs edin✌️
672
1
0
Azərbaycan Tələbələri
25 de abr. de 2026, 17:15
📷 Photo
DİM PROQRAMI ƏSASINDA BLOK SINAQ İMTAHANI! 26 aprel tarixində keçiriləcək sınaq imtahanında biliklərini yoxla, real imtahan mühitini hiss et və nəticəni qabaqcadan gör.
📌 DİM proqramı əsasında
📌 Real imtahan formatı
📌 Nəticə analizi ilə inkişaf imkanı Azərbaycan və Rus bölmələri üzrə I, II, III, IV qruplar müraciət edə bilər✅
Ətraflı məlumat üçün: 055 299 88 75
583
0
Azərbaycan Tələbələri
25 de abr. de 2026, 17:15
📷 Photo
528
3
0
Azərbaycan Tələbələri
25 de abr. de 2026, 17:15
Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb.
Əmrə əsasən, WUF13-ün keçiriləcəyi 17-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək.
Belə ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək.
Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada keçiriləcək.
Eyni zamanda Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkili əmrdə qeyd olunur.
1,090
5
Azərbaycan Tələbələri
25 de abr. de 2026, 17:15
🎥 Video
Qarabağ Universitetində bufet qiymətləri belədir:
715
1
0
Azərbaycan Tələbələri
25 de abr. de 2026, 17:15
📷 Photo
770
1
0
Azərbaycan Tələbələri
25 de abr. de 2026, 17:15
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
İmtahan iştirakçıları arasında 9 nəfər maksimum nəticə – 300 bal toplayıb. Bu yüksək nəticə göstərənlər arasında Rafiq Vəlizadə və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Həsənli Bəxtiyar Vüqar oğlu da yer alır.
Hər iki şagird I ixtisas qrupu üzrə hazırlaşır və gələcəkdə texnologiya və informatika sahəsində təhsil almağı planlaşdırır. Onların sözlərinə görə, imtahan ümumilikdə orta çətinlikdə olsa da, Azərbaycan dili fənni xüsusilə vaxt baxımından daha çətin olub. Ən rahat keçən fənn isə İngilis dili hesab olunur.
Bəxtiyar Həsənli nəticə açıqlanan an yaşadığı sevinci bölüşərək bildirib ki, 300 bal gözləməsə də, əldə etdiyi nəticə onu çox sevindirib. O, gələcəkdə Bakı Ali Neft Məktəbində təhsil almağı və informasiya təhlükəsizliyi kimi ixtisaslara yönəlməyi düşünür.
Rafiq Vəlizadə isə qeyd edib ki, yüksək nəticə gözləsə də, açıq tipli suallara görə maksimum bal alacağına tam əmin olmayıb. O da təhsilini əvvəlcə Azərbaycanda davam etdirmək, daha sonra isə magistratura səviyyəsində xaricdə oxumaq niyyətindədir.
Hər iki abituriyent vurğulayır ki, yüksək nəticənin əsas sirri istək, nizam-intizam və davamlı hazırlıqdır.
1,000
Azərbaycan Tələbələri
25 de abr. de 2026, 17:15
📷 Photo
970
1
0
Azərbaycan Tələbələri
31 de mar. de 2026, 16:40
📷 Photo
Ardı siz də✅️
835
16
Azərbaycan Tələbələri
31 de mar. de 2026, 16:40
📷 Photo
Yeni dərs həftəsində hər kəsə uğurlar!
855
9
Azərbaycan Tələbələri
31 de mar. de 2026, 16:40
🎥 Video
Yeni dərs həftəsində hər kəsə uğurlar!
780
13
0
Azərbaycan Tələbələri
31 de mar. de 2026, 16:40
📷 Photo
Bu gün, 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür. Soyqırımı hadisəsindən 108 il ötür.
#Unutmadıq #Unutdurmayacağıq
806
3
Azərbaycan Tələbələri
31 de mar. de 2026, 16:40
📷 Photo
✨ DİQQƏT! TƏLƏBƏLƏR ÜÇÜN ƏLAQƏDAR ELAN ✨
🎓 Diplom, kurs və dissertasiya işlərinin yazılması
✔️ Yüksək keyfiyyətli və vaxtında təhvil
✔️ Tam plagiatsız və xüsusi proqramlarla yoxlanılmış
✔️ Mövzu seçimi və elmi planın düzgün tərtibi
✔️ Müdafiəyə qədər tam dəstək və izah
✔️ Münasib qiymət və tələbəyə uyğun yanaşma
📌 Uğurlu nəticə və yüksək qiymət üçün doğru seçim edin!
📞 Əlaqə: 055-221-97-34