Todavía no hay reseñas. ¡Sea el primero en compartir su experiencia!
Últimas publicaciones
Azerbaijan Deep Web
11 may 2026, 12:45
🎥 Video
⚡️ Bakıda 2 qadının vurulması ilə nəticələnən qəza görüntüləri yayılıb :
5,440
6
0
Azerbaijan Deep Web
11 may 2026, 12:45
📷 Photo
Donald Tramp:
"Gələn həftədən etibarən Avropa Birliyindən idxal edilən minik və yük maşınlarına tətbiq edilən tarifləri 25%-ə qədər artıracağam."
4,950
19
Azerbaijan Deep Web
11 may 2026, 12:45
🔥İranın Hörmüz boğazında ABŞ hərbi gəmilərinə qarşı mina daşıyan delfinlərdən istifadə etməyi düşündüyü bildirilir.
- (NYP)
4,860
12
0
Azerbaijan Deep Web
11 may 2026, 12:45
⚡ Donald Tramp:
Üç idrak testi verdim. Hamısından uğurla keçdim.
Düşünmürəm ki, Obama onları keçə bilsin.
İlk sual çox asandır. Bir şir, bir zürafə, bir ayı və bir köpəkbalığı var.
Onlar soruşurlar: "Hansı ayıdır?"
5,080
21
0
Azerbaijan Deep Web
11 may 2026, 12:45
📷 Photo
Son 24 saat ərzində 51-ci zonanın yaxınlığında 17-dən çox zəlzələ qeydə alınıb.
3,840
12
Azerbaijan Deep Web
11 may 2026, 12:45
⚡❗ Kartlardan əlavə pul çıxılması ilə bağlı rəsmi açıqlama
📍 NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutula bilər. Bu, ictimai nəqliyyatda tətbiq olunan gecikdirilmiş avtorizasiya prinsipi ilə bağlıdır.
📍 Bu səbəbdən edilən gedişlər üzrə ödənişlər kartlardan dərhal deyil, müəyyən zaman intervalı ilə çıxılır və bəzi hallarda istifadəçilərə ardıcıl və ya təkrarlanan çıxılma kimi görünə bilər. Əslində isə hər bir gediş ayrıca və düzgün şəkildə emal olunur.
📍 Hazırda müşahidə olunan "ardıcıl vəsait çıxılması" halları 24, 25, 26 və 27 aprel tarixlərində həyata keçirilmiş gedişlərə görə ödənişlərin gecikmə ilə emal olunması ilə bağlıdır.
📍 Yəni kartdan hazırda çıxılan məbləğlər cari günə aid deyil, qeyd olunan tarixlərdə istifadə olunmuş gedişlərə aiddir.
📍 Bu kimi hallarla qarşılaşan sərnişinlərə bank kartlarının əməliyyat tarixçəsini yoxlamaları tövsiyə olunur.
📍 Sistem yalnız faktiki istifadə olunan gedişlər üzrə vəsait tutur və heç bir halda əlavə və ya artıq məbləğin silinməsi baş vermir.
📍 Layihənin operatoru "BakıKart"dır. Mövzu ilə bağlı suallar yarandığı təqdirdə "BakıKart"a birbaşa müraciət edə bilərsiniz. Operativ araşdırma aparılaraq əlavə məlumat təqdim olunacaq"
(c) "K Group" MMC ("BakıKart"), "Bakı Metropoliteni" QSC və "BakuBus" MMC
4,110
Azerbaijan Deep Web
11 may 2026, 12:45
Yerli KİV: Milli Onkologiya Mərkəzində baş vermiş partlayış nəticəsində ağır xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib.
Qeyd edək ki, vəfat edən həkim Asif Nəsirli 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.
O, 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə kliniki ordinatura pilləsini keçib.
4,450
2
0
Azerbaijan Deep Web
11 may 2026, 12:45
⚡️İranın Ali Rəhbəri Müctəba Xamenei:
· ABŞ-ın iştirakı olmadan Körfəz regionunu "parlaq gələcək" gözləyir.
· İran Körfəz qonşuları ilə ortaq taleyi paylaşdığını vurğulayıb və qeyd edib ki, "şər törədən əcnəbilərin" suyun dərinliklərindən başqa yeri yoxdur.
· Xamenei Hörmüz boğazının yeni idarəetmə sisteminin bütün regionun xeyrinə olacağını bəyan edib.
· Hörmüz boğazının yeni idarəetmə forması bütün Körfəz ölkələrinə "sabitlik və tərəqqi" ilə yanaşı, həm də "iqtisadi mənfəətlər" qazandıracaq.
· Xamenei İranın Hörmüz boğazındakı "ABŞ istismarına" son qoyacağını bildirib.
3,660
13
0
Azerbaijan Deep Web
11 may 2026, 12:45
❗️Baş Prokurorluq: Onkologiya Mərkəzindəki partlayışı həkimi öldürmək istəyən xəstə törədib
● İlkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlunun qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni qeyd olunan müalicə müəssisəsinin Radiologiya şöbəsində partlatması nəticəsində həkim Nəsirov Asif Akif oğlunu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
● Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, ağır bədən xəsarətləri alan Asif Nəsirovun isə hazırda vəziyyəti ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.
3,760
6
Azerbaijan Deep Web
11 may 2026, 12:45
🎥 Video
Çində istehsal olunan KAI robotu təqdim edilib.
— Uşaq baxımı xidmətləri göstərə bilər.
— Otaqları təmizləyir və səliqəyə salır.
— Paltarları qatlayır və yığışdırır.
— Qonaqları qarşılamaq və çatdırılma işləri yerinə yetirir.
— Əsas alətlərdən istifadə edərək ev işləri görə bilir
3,780
8
Azerbaijan Deep Web
25 abr 2026, 11:21
📷 Photo
Yaponiyada hər gün orta hesabla 210 nəfər evlərində tək başına ölür.
3,270
19
Azerbaijan Deep Web
25 abr 2026, 11:21
Donald Tramp: "İran uranı zənginləşdirməməyə, zənginləşdirilmiş uranı təhvil verməyə və nüvə silahı istehsal etməməyə razılıq verib."
4,080
28
0
Azerbaijan Deep Web
25 abr 2026, 11:21
❗️Tramp: İrana ədalətli və qəbul edilə bilən təklif veririk, ümid edirəm qəbul edərlər. Əks halda, bütün enerji obyektlərini və körpüləri məhv edəcəyik.
3,200
12
0
Azerbaijan Deep Web
25 abr 2026, 11:21
❗️İran XİN rəhbərinin müavini Səid Xətibzadə müvəqqəti atəşkəsin qəbuledilməz olduğunu bildirib
O, İranın Hörmüz boğazının açıq qalmasını istədiyinə diqqət çəkib:
“İran çox məsuliyyətli bir aktordur və biz bu boğazın daim açıq qalmasını istəyirik. Amma yaranmış yeni vəziyyətə uyğun olaraq yeni qaydaların qəbul olunması vacibdir. Bu, təhlükəsiz keçid və ekoloji məsələlər baxımından əhəmiyyətlidir".
4,450
6
0
Azerbaijan Deep Web
25 abr 2026, 11:21
🎥 Video
🌨️ Bakıətrafı kənd və qəsəbələrə dolu yağıb.
Olduğunuz ərazidə vəziyyət necədir ?
5,170
13
0
Azerbaijan Deep Web
25 abr 2026, 11:21
⚡️Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək
Bu barədə Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin birgə bəyanatında deyilir.
Qeyd olunub ki, Azərbaycan və Rusiya Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.
5,830
9
Azerbaijan Deep Web
25 abr 2026, 11:21
⚡ Trump : "İran fürsət tapsa İtaliyanı 2 dəqiqədə havaya uçurdar"
İran: '"Biz İtaliyanı sevirik. Niyə onlara zərər verməliyik?
ABŞ 250 ildə 100-dən çox müharibəyə başladıb və bu müharibələr nəticəsində 5.000.000-dan çox insan ölüb. İran heç vaxt müharibə başlatmayıb."
5,050
28
0
Azerbaijan Deep Web
25 abr 2026, 11:21
❗️Bulvarda gülləri əzən 10 nəfər polisə çağırıldı
Dənizkənarı Milli Park ərazisində əkilmiş gülləri əzərək əkin sahəsini yararsız hala salan şəxslərin kimliyi müəyyənləşdirilir. Məsələ ilə bağlı aparılan araşdırmalarla həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunaraq polisə çağırılıb. Həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.
5,080
21
0
Azerbaijan Deep Web
25 abr 2026, 11:21
❗️Xırdalanda sərxoş qadın sevgilisinin avtomobilini qaçırıb qəza törətdi
Abşeron rayonunda avtomobil qaçıran qadın saxlanılıb. Hadisə Xırdalan şəhərində qeydə alınıb. 35 yaşlı qadının sevgilisinə məxsus “Toyota” markalı avtomobili qaçırdığı müəyyən edilib. Araşdırma zamanı onun spirtli içkinin təsiri altında avtomobillə qəza törətdiyi də məlum olub.
4,910
9
0
Azerbaijan Deep Web
25 abr 2026, 11:21
Donald Tramp:
“İran donanması, 158 gəmisi ilə birlikdə tamamilə məhv edilib; hamısı dənizin dibindədir.
Vurmadığımız tək şey, onların “sürətli hücum gəmiləri” adlandırdıqları bir neçə qayıq idi, çünki onları ciddi bir təhlükə kimi görmədik.
Əgər bu gəmilərdən hər hansı biri blokadamıza yaxınlaşarsa, dənizdə narkotik qaçaqmalçılarına qarşı istifadə etdiyimiz eyni sistemdən istifadə edərək dərhal məhv ediləcəklər. Bu, sürətli və amansızdır.”