Şeyx Sə'di (rahiməhullah) buyurmuşdur:
«"O, Lətifdir (lütfkar olan, ən incə işləri belə bilən), Xəbirdir (hər şeydən xəbərdardır)" (əl-Ənam, 103).
O (Allah), elmi və xəbərdar olması elə incə, elə dərindir ki, bütün gizli işləri, sirləri, qəlbin ən dərində qalan gizlinlərini və daxili aləmi belə əhatə edib dərk etmişdir.
Onun (quluna olan) lütfünün bir nişanəsi də budur ki, O, qulunu dininin xeyrinə olan məsləhətlərə tərəf yönəldər; həm də bunu qulun hiss etmədiyi və heç bir səy göstərmədiyi yollarla ona çatdırar. Onu gözləmədiyi yerdən əbədi xoşbəxtliyə və sonsuz qurtuluşa qovuşdurar.
Hətta Allah qulun taleyinə elə işlər yazar ki, qul onlardan xoşlanmaz, onlardan ağrı-acı çəkər və həmin sıxıntıların aradan qalxması üçün Allaha dua edər. Halbuki Allah bilir ki, qulun dininin islah olması və onun (mənəvi) kamilliyə çatması məhz həmin çətinliklərdən asılıdır. İstədiyi hər bir şeydə lütfkar olan və möminlərə rəhm edən Allah (bütün nöqsanlardan) uzaqdır və pakdır!»
📚
66
4
Zikr Əhli
Apr 23, 2026, 02:23 PM
📷 Photo
73
2
0
Zikr Əhli
Apr 23, 2026, 02:23 PM
Həsən əl-Bəsri (rahiməhullah) demişdir:
“Möminin sahib ola biləcəyi ən gözəl xüsusiyyət — bağışlamaqdır.”
71
5
0
Zikr Əhli
Apr 23, 2026, 02:23 PM
Rəsulullah ﷺ belə buyurmuşdur:
«Məhəmmədin canı Əlində Olana (Allaha) and olsun ki, bu ümmətdən hər hansı bir yəhudi və ya xristian mənim barədə eşidər, sonra da mənimlə göndərilənə iman gətirmədən vəfat edərsə, mütləq cəhənnəm əhlindən olar».