🔆21 sentyabr - Günəş tutulması
transformasiya enerjisi daşıyır – köhnədən azad olmaq, yeni başlanğıclar üçün niyyət etmək, kölgələrlə üzləşmək üçün möhtəşəm fürsətdir. ⬇️ ritualı edərək o günün enerjisindən maksimum faydalana bilərsiz.
Lazımdır:
1 ədəd qara balmumu şamı
1 ədəd sarı balmumu şamı
A4 vərəq
Tütsü və ya adaçayı , palo santo ( Hansı olsa )
1 stəkan su
Qırmızı və göy qələm
Himalay duzu , dəniz duzu və ya sirkə
🔹 1. Məkan və aura təmizliyi
❗️ENERJİ TƏMİZLİYİ
Çəhrayı himalay duzu və ya dəniz duzu alırsız. Duş alırsız normal qaydada və əgər vanna varsa vannaya isti suyla birgə bir ovuc duz qatırsız və vannaya daxil olursuz. Və niyyət edirsiz : " Niyyət edirəm fiziki və ruhsal bədənimdəki bütün negativ enerjilərdən arınmağa və təmizlənməyə" .
Əgər vanna yoxdursa , dərd etmirik. Bir qaba doldurub su və duzu töküb duş aldıqdan sonra sağ və sol çiyinlərinizdən töküb eyni niyyəti edirik.
Duzu əldə edə bilmirsizsə, 1-2 xörək qaşığı sirkəli su ilə də eyni niyyəti edə bilərsiz🫶🏻
• Adaçayı və ya tütsü ilə otağı dolaş, niyyət et:
“Bu məkan köhnə enerjilərdən təmizlənsin, yalnız işıq və sevgi ilə dolsun.”
• 3 dərin nəfəs al, nəfəs verərkən bədənin köhnə yükünü buraxdığını təsəvvür et.
🔹 2. Köhnə enerjidən azad olma
Qara balmumu şamını yandır və de “Niyyət edirəm, bu günəş tutulması ilə birgə mənə xidmət etməyən bütün enerjiləri buraxmağa və üzərimdə olan bütün ağırlıq, nəfs, göz, cadu, əməl buraxmağa”
• Bir Kağız və göy qələm götür və yaz: “Mən buraxıram…” və bütün köhnə qorxu, qınaq, bərəkətsizlik, buraxmaq istədiyin hərşeyi yaz.
• kağızı şamın atəşində yandıraraq de:
“Tutulmanın gücü və atəşin gücü ilə mən köhnəni buraxıram. Mən azadam.”
• Külü və şamın qalıqlarını zibil qabına at və ya havaya üfür azad et. Yüngülləşdiyini hiss et.
🔹 3. Yeni başlanğıc niyyəti
Sarı balmumu şamını yandır və niyyət et : “Niyyət edirəm, Günəş tutulması ilə birgə yeni enerjiləri həyatıma dəvət etməyə.”
• Yeni kağız və qırmızı qələm götür və yaz:
“Mən dəvət edirəm… və həyatında istədiyin yeni enerjiləri (bolluq, sevgi, harmoniya, güvən, yaradıcılıq , qadın enerjisi və s.) bunların hamsıını yaz. Xüsusi niyyətlərin varsa onları da yaza bilərsən.
Unutma: Niyyət və ya arzun kankret olmalıdır.🔆
• Kağızı ürəyinin üstünə qoy, əllərini üstündə saxla və 3 dəfə dərin nəfəs al.
• Sözlə təsdiqlə:
“Günəşin işığı ilə yeni həyatım doğulur. Mən öz işığımın mərkəzindəyəm.”
• Sonda şamın qalığı qalsa bar verən ağacın altına ata bilərsiz
4. Vizual meditasiya
•
https://youtu.be/6EC6BmGCkiI?si=q9RPibb9HgixngK1
bu Mantranı qoş ( Günəş enerjisini dəvət edən mantradır)
• Gözlərini yum və vizual meditasiyaya başla
• Günəş İşığının bədəninin hər hüceyrəsinə yayıldığını və niyyətlərinin doğuluşunu hiss et. Niyyətlərinin artıq gerçək olduğunu, həyatında olduğunu hiss et və vizuallaşdır. Bu çox önəmlidir🔆
• Mantranın sözlərini təkrar et və vizualizasiya etməyə davam et🤍
“Om Hrim Suryay Namah” - Mantranın sözləri
🔹 5. Bağlanış
• Mantra bitdikdən sonra əlini ürəyinin üzərinə qoy və de:
“Günəşin enerjisinə, Yaradana və Kainata təşəkkür edirəm. Bu tutulma mənim üçün yeni başlanğıcların qapısı Oldu,Oldu,Oldu🔆)
• Niyyət kağızını gizli bir yerə qoy (saxla), buraxma kağızının külünü isə at və ya havaya üfür azad ol
Hamınıza şəfa olsun🔆🔆🔆