No reviews yet. Be the first to share your experience!
Latest Posts
👻
Apr 23, 2026, 11:03 PM
[poll]
194
0
0
👻
Apr 23, 2026, 11:03 PM
🎥 Video
✨
144
2
0
👻
Apr 23, 2026, 11:03 PM
🎥 Video
156
2
0
👻
Apr 23, 2026, 11:03 PM
📷 Photo
Önceliğiniz kendiniz olun ve sevin🫠💗
171
4
👻
Apr 23, 2026, 11:03 PM
[poll]
183
0
0
👻
Apr 23, 2026, 11:03 PM
Heç vaxt, heç kimi dinləmə. Öz ağlın, ideaların, fikirlərin olsun. Həyatın üçün özün qur planlarını. Heç kəsin arxasıyca qaçma. Heç kim sənin yerinə sənin xoşbəxtliyini qurmayacaq. Hər kəsi paxıllıq idarə edir. Heç kimi dinləmə. Öz yolunla get, önəmli deyil arxanca nə danışacaqlar. Bu səni narahat etməməlidi. Sev, yarat, arzula, xəyallar qur.💫🕊
152
1
0
👻
Apr 23, 2026, 11:03 PM
📷 Photo
96
1
0
👻
Apr 23, 2026, 11:03 PM
24.10.23 günlük bürclər
Qoç - yarımçıq qalmış işləri başa vurun. Bu gün bir neçə təklif ala bilərsiniz. Aldanmayın, həmin təkliflər ciddi deyil. Yaxın günlərdə sayı çox olacaq ideyaların dəyərləndirilməsinə ehtiyac duyulacağını bilin. Ünsiyyətdə səbrli və təmkinli olun, çərçivəni daraldın. Gələcəyiniz üçün önəmli görüşü müəyyənləşdirib fəallıq edin.
Buğa - hər şey plana uyğundur və nizamı pozmamaq üçün yaşam axarına aktiv müdaxilə etməyin. Ünsiyyət, danışıqlar və yazışmalarda önəmli məqamlar yaranacaq. Kollektiv və ya sizinlə həmfikir olan insanlar yeni işə başlamaq üçün təkan verəcəklər. Tələsməyin, yeni plan hazırlayın.
Əkizlər - işlə bağlı məsələlərin, o cümlədən çətin problemlərin həlli üçün uğurlu gündür. İşgüzar intuisiyanız çox kəsərli və iti olacaq. Dürüst qərarları tez qəbul edin.
Xərçəng - hisslər və hissiyat günüdür. İntuisiyanızı işə salın, yaşamınızdakı qəfil dəyişiklikləri anlamağa çalışın. Bu yeniliklərin perspektivdə işlərə təsir miqyasını dəyərləndirməyə cəhd göstərin. Gərgin təmaslar, emosiyalı ünsiyyət, xoşagəlməz hadisələr anlaşılmazlıq yarada bilər.
Şir - sizin gününüzdür. Proseslərin tempini siz müəyyənləşdirirsiniz. Yaxın ətrafınızdakı insanlar da o axına riayət etmək məcburiyyətində qalırlar. İstənilən situasiyada aktiv hərəkət etmək bacarığına malik olun.
Qız - son vaxtlar işlərinizə dəfələrlə müdaxilə edən, planlarınızı pozmağa çalışan xoşagəlməz insanla qarşılaşacaqsınız. Təbii ki, belə görüş sizdə ruh yüksəkliyi yaratmayacaq. Qıcıq və sinirin öhdəsindən gəlməyə, batininizdəki müvazinəti bərpa etməyə vaxt gərəkdir.
Tərəzi - həyatınızda önəmli hadisə baş verir. Aktiv olun, yeni ideyaları saf-çürük edərək konkret addımlar atın. Daxili gərginlikdən qurtulmaq, hansısa məsələdə müəyyənliyə nail olmaq imkanları var.
Əqrəb - seçdiyiniz yolun nə qədər doğru olduğunu bu gün aydın hiss edəcəksiniz. Perspektivləriniz üçün böyük önəm daşıya biləcək işlərdə aktiv iştirak edin. Əks təqdirdə bədxahlarınızın başladığı intriqaya qatılmalı olacaqsınız. Yeni qərarlarınızı açıqlamayın.
Oxatan -sadə gün deyil. Yeni işlərə başlamaq, layihəyə start vermək, müttəfiqlər axtarmaq üçün düşərli zaman deyil. Aktiv çalışın, uzun-uzadı istirahət etməyin. İmiclə eksperimentlər etməyin.
Oğlaq - məqsədə aparan yolda səd və maneələr az olmayacaq. Amma səbrli, təmkinli davranaraq yaşam prinsiplərinizə sədaqətli qalsanız, çətinlikləri dəf edə bilərsiniz. Yeni işlər və ya riskli əməliyyatlarda iştirak maliyyə imkanlarınıza zərbə vura bilər.
Dolça - mühüm məsələlərin həlli üçün uğurlu gündür. Uzunmüddətli planlar qurmaq, onların həyata keçirilməsinə başlamaq olar. Məhsuldar və effektiv çalışın. Liderlik məziyyətlərinizi nümayiş etdirərək başqalarını da işdə aktiv çalışmağa sövq edin.
Balıqlar - günün maraqları, şərtləri və qayğıları sizdən aktiv, hətta həddən ziyadə aktiv davranış tələb edir. Sizi bir an da boş buraxmaq istəmirlər: çox adama gərəksiniz. Kiməsə yardım edəcəksinizsə və ya artıq edibsinizsə, minnətdarlıq gözləməyin.