❗️❗️❗️❗️
📌 ƏVƏZLİK
➖➖➖➖➖➖➖➖➖
✅Bütün əsas nitq hissələrini əvəz edir;
✅Quruluşca növləri:Sadə,düzəltmə,mürəkkəb;
✅Mənaca növləri:
1️⃣ŞƏXS ƏVƏZLİKLƏRİ:
-------------------‐------------------------
✅Şəxs əvəzlikləri:mən,sən,o,biz,siz,onlar;
✅ I və II şəxs əvəzlikləri yalnız insanlara,III şəxs əvəzlikləri həm insanlara,həm də cansız əşyalara aid olur;
✅ismi əvəz edir;
✅Sualları: kim? nə?(hara? sualına cavab vermir);
✅Quruluşca sadə olur;
✅Hallanır;
✅Cəmlənir(mən,sən-dən başqa);
✅Mənsubiyyətə görə dəyişmir;
✅Cümlədə mübtəda,tamamlıq,xəbər,bəzən də təyin olur;
✅Müvafiq şəxs şəkilçilərini qəbul edə bilir;
✅Əşyanı adlandırmır,Əşya yerində işlənir;
✅Ad bildirmir;
✅Qeyri-müəyyən təsirlik halda olmur;
✅Mən,biz əvəzlikləri hallandıqda yiyəlik halda -in yox, -im şəkilçisini qəbul edir;
✅Bəzən biz,siz,onlar əvəzlikləri yer-məkan məzmunu bildirir,bu zaman yer zərfliyi olur;
✅"Siz"əvəzliyi II şəxsin cəmində olsa da,bəzən hörmət əlaməti olaraq tək şəxsədə aid ola bilir. Bu zaman cümlədə böyük hərflə yazılır.
2️⃣QEYRİ-MÜƏYYƏN ƏVƏZLİKLƏR:
-------------------------------------------------------------
✅Qeyri-müəyyən əvəzliklər-hamı,hər kəs,hər nə,heç nə,hər şey,hərə,bəzisi,kim isə,kimsə,nəsə,biri,kimi,filankəs,birisi,bəziləri;
✅İsmi əvəz etsə sə,mənasında qeyri-müəyyənlik var;
✅Quruluşca növü:sadə,düzəltmə,mürəkkəb olur;
✅Hallanır;(kim isə,nə isə hallanmır,mənsubiyyətə görə dəyişmir)
✅Mənsubiyyətə görə dəyişir;
✅Cəmlənir(bəziləri. Hamı,hərə,kimi,biri cəmlənmir)
✅Sualları:kim? nə?
✅Cümlədə mübtəda,tamamlıq,xəbər olur. Yalnız bəzi əvəzliyi sifəti əvəz edib təyin olur;
✅Kimsə əvəzliyi inkarlıq məzmunu da daşıya bilir. Bu zaman cümlənin xəbəri də inkarda olmalıdır;
✅Kimsə sözündə vurğu I hecaya düşərsə,əvəzlik,II hecaya düşərsə,isim olar.
✅Hamı,hərə,bəzi əvəzlikləri I,II,III şəxsin təkinin yox,cəminin mənsubiyyətini qəbul edir;
3️⃣İŞARƏ ƏVƏZLİKLƏRİ:
-------------------------------------------
✅İşarə əvəzlikləri:o,bu,elə,belə,həmin;
✅İşarə məqsədi ilə işlənir;
✅Quruluşca növü:sadə;
✅Sualları:necə? nə cür? hansı?
✅Sifəti və zərfi əvəz edir;
✅O,bu,həmin əvəzlikləri sifəti əvəz edir;
✅Elə,belə əvəzlikləri isə həm sifəti,həm də zərfi əvəz edir;(elə,belə əvəzliyi ədatla omonimdir)
✅Cümlənin təyini,xəbəri,mübtədası,tamamlığı olur;
✅O,bu əvəzlikləri hallanır,mənsubiyyətə görə dəyişmir;
✅Elə,belə ismi əvəz etdikdə,məmsubiyyət şəkilçisi qəbul edəndən sonra hallanır və cəmlənir;
✅Elə,belə,həmin əvəzlikləri qəlib söz ola bilir;
4️⃣TƏYİNİ ƏVƏZLİKLƏR:
-------------------------------------------
✅Təyini əvəzliklər:hər,öz,bütün,filan,cümlə,eyni;
✅Əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilir;
✅Sifəti əvəz edir;
✅Sualları:necə? hansı?
✅Quruluşca növü:sadə;
✅Cəmlənmir;
✅Öz əvəzliyindən başqa bütün təyini əvızliklər yalnız cümlənin təyini olur;
✅Öz əvəzliyi isimləşərək mənsubiyyət və hal şəkilçisi qəbul edib cümlənin mübtəda,tamamlıq və xəbəri də ola bilər;
✅Öz əvəzliyi şəxs əvəzliyinidə əvəz edə bilir;
✅Hər sözü kəs,şey sözlərinin əvvəlində işlənərsə əvəzlik,vaxt,zaman,an,gün kimi sözlərin əvvəlində işlənərsə zaman zərfi olur;
5️⃣SUAL ƏVƏZLİYİ:
✅Bütün əsas nitq hissələrinin sualları sual əvəzlikləridir;
✅Sual əvəzlikləri əvəzliklərdə daxil olmaqla bütün əsas nitq hissələrini əvəz edir;
✅Quruluşca növü:sadə,düzəltmə,tərkibi;
QEYD:
🔺️Əvəzliyin özünə aid heç bir qrammatik şəkilçisi yoxdur;
🔺️Sual əvəzlikləri suala cavab vermədən cümlə üzvü olur;
🔺️Əvəzliklər bütün cümlə üzvləri rolunda çıxış edə bilə;.